Əmək Məcəlləsi ilə müəyyən olunmuş müddətlərin hesablanması qaydaları
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 8-ci maddəsinə əssən Əmək Məcəlləsi ilə müəyyən olunmuş müddətlərin hesablanması qaydaları aşağıdakı kimi təyin edilmişdir:
Əmək Məcəlləsi ilə əmək hüquqlarının və vəzifələrinin yaranması, dəyişdirilməsi və xitam edilməsi müvafiq hallarda təqvim vaxtı ilə hesablanan müddətlərlə — illərlə, aylarla, həftələrlə, günlərlə müəyyən edilir.
Müddət axımının başlanması təqvim üzrə müəyyən edilmiş vaxtın ertəsi günündən hesablanır.
İllərlə, aylarla, həftələrlə hesablanan müddətlər müvafiq olaraq ilin, ayın, həftənin sonuncu günündə başa çatır. Təqvim həftələri və günləri ilə hesablanan müddətə qeyri-iş günləri də daxildir.
Əgər müddətin son günü qeyri-iş gününə düşərsə, onun ardınca gələn ən yaxın iş günü müddətin bitdiyi gün hesab edilir.