14 aprel 2023-cü il tarixində saat 11:00-da Dövlət Əmək Müfəttişliyi Xidməti "Əməyin mühafizəsi normaları, qaydaları və prinsipləri" mövzusunda növbəti onlayn maarifləndirmə tədbirini keçirəcək.
Tədbirin təlimçisi Qarabağ regional şöbəsinin əməkdaşıdır.
Onlayn tədbirlərdə iştirak etmək istəyən işəgötürənlər qeydiyyatdan keçmək üçün Dövlət Əmək Müfəttişliyi Xidmətinə elektron qaydada (demx-metbuat@sosial.gov.az) müraciət edə bilərlər. Müraciətdə müəssisənin adı, iştirak edəcək şəxsin ad, soyad, ata adı, əlaqə nömrəsi və e-mailinin qeyd olunmağı xahiş edilir.
QEYD: Onlayn görüşlərdə iştiraka dair link yalnız qeydiyyatdan keçmiş şəxslərə göndəriləcək.