15.03.2023

16 mart 2023-cü il tarixində saat 11:00-da Dövlət Əmək Müfəttişliyi Xidməti "İş vaxtının növləri, iş vaxtının rejimi və iş vaxtından artıq vaxtda işin tənzimlənməsi qaydaları" mövzusunda növbəti onlayn maarifləndirmə tədbirini keçirəcək

16 mart 2023-cü il tarixində saat 11:00-da Dövlət Əmək Müfəttişliyi Xidməti "İş vaxtının növləri, iş vaxtının rejimi və iş vaxtından artıq vaxtda işin tənzimlənməsi qaydaları" mövzusunda növbəti onlayn maarifləndirmə tədbirini keçirəcək.

Tədbirin təlimçiləri Xidmətin Abşeron-Xızı regional şöbəsinin əməkdaşılarıdır.

Onlayn tədbirlərdə iştirak etmək istəyən işəgötürənlər qeydiyyatdan keçmək üçün Dövlət Əmək Müfəttişliyi Xidmətinə elektron qaydada (demx-metbuat@sosial.gov.az) müraciət edə bilərlər. Müraciətdə müəssisənin adı, iştirak edəcək şəxsin ad, soyad, ata adı, əlaqə nömrəsi və e-mailinin qeyd olunmağı xahiş edilir.

📎QEYD: Onlayn görüşlərdə iştiraka dair link yalnız qeydiyyatdan keçmiş şəxslərə göndəriləcək.