4 aprel 2023-cü il tarixində saat 11:00-da Dövlət Əmək Müfəttişliyi Xidməti "İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və bədbəxt hadisələrdən sığorta" mövzusunda növbəti onlayn maarifləndirmə tədbirini keçirəcək.
Tədbirin çıxışçısı Xidmətin Mil-Muğan regional şöbəsinin əməkdaşlarıdır.
Onlayn tədbirlərdə iştirak etmək istəyən işəgötürənlər qeydiyyatdan keçmək üçün Dövlət Əmək Müfəttişliyi Xidmətinə elektron qaydada (demx-metbuat@sosial.gov.az) müraciət edə bilərlər. Müraciətdə müəssisənin adı, iştirak edəcək şəxsin ad, soyad, ata adı, əlaqə nömrəsi və e-mailinin qeyd olunmağı xahiş edilir.
QEYD: Onlayn görüşlərdə iştiraka dair link yalnız qeydiyyatdan keçmiş şəxslərə göndəriləcək.