12.12.2023

“Əmək və məşğulluq” altsisteminə edilmiş əlavələr ilə bağlı işəgötürənlər üçün növbəti onlayn təlim keçiriləcək

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti “Əmək və məşğulluq” altsistemində (ƏMAS) əmək müqaviləsinin elektron formasına edilmiş əlavələr ilə bağlı işəgötürənlər üçün növbəti təlim keçiriləcək.

Təlim zamanı ƏMAS-ın yeni funksionallıqları və üstünlükləri barədə işəgötürənlərin nümayəndələrinə məlumat veriləcək. 

Növbəti təlim 13 dekabr 2023-cü il tarixində saat 10:30-da Şirvan-Salyan və Şəki-Zaqatala regionlarının işəgötürənləri üçün olacaq. 

Adı çəkilən regionların işəgötürənləri təlimlə bağlı qeydiyyatdan keçmək üçün aşağıdakı linkə daxil ola bilərlər. 

Qeydiyyat