“Əmək və məşğulluq” altsisteminə edilmiş əlavələr ilə bağlı işəgötürənlər üçün onlayn təlim keçiriləcək
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti “Əmək və məşğulluq” altsistemində (ƏMAS) əmək müqaviləsinin elektron formasına edilmiş əlavələr ilə bağlı işəgötürənlər üçün təlimlərə start verir.
Təlim zamanı ƏMAS-ın yeni funksionallıqları və üstünlükləri barədə işəgötürənlərin nümayəndələrinə məlumat veriləcək.
İlk təlim 11 dekabr 2023-cü il tarixində saat 10:30-da Qazax-Tovuz, Gəncə-Daşkəsən və Qarabağ regionlarının işəgötürənləri üçün olacaq.
Adı çəkilən regionların işəgötürənləri təlimlə bağlı qeydiyyatdan keçmək üçün aşağıdakı linkə daxil ola bilərlər.