Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti ASAN İnnovativ İnkişaf Mərkəzi ilə birgə işəgötürənlər üçün növbəti təlim təşkil edib.
Xidmətin Daxili nəzarət və normativ hüquqi sənədlərlə iş şöbəsinin müdir müavini Günel Baxşiyeva tərəfindən keçirilən təlim “Analığın mühafizəsi” və “Qadınların əmək hüquqları” mövzusuna həsr olunub.
Təlimdə işəgötürənlərə analığın mühafizəsi, qadınların əmək hüququ, onların əməyindən qanunvericiliyə uyğun istifadə edilməsi, həmçinin Azərbaycan Respublikasının Əmək Məcəlləsində və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktlarda müəyyən olunan güzəştlər, imtiyazlar və əlavə təminatlarla bağlı ətraflı məlumatlar verilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.