Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti ilə İndoneziya Respublikasının İşçi Qüvvəsi Nazirliyinin müvafiq qurumları arasında onlayn formatda görüş keçirilib.
Görüş zamanı İndoneziya nümayəndələri əmək müfəttişliyinin fəaliyyət istiqamətləri, rəqəmsal yeniliklər, əməyin mühafizəsi, əmək normaları və standartları sahəsində potensialın artırılması barədə məlumat veriblər. Azərbaycan nümayəndə heyəti isə Xidmətin fəaliyyət istiqamətləri, “Əmək və Məşğulluq” altsisteminin funksionallığı, Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyəti haqqında təqdimat ediblər.
Tərəflər arasında bilik və təcrübə mübadiləsi aparılıb, əməkdaşlığın inkişafı üçün ikitərəfli memorandumun qəbulu məsələsi müzakirə edilib. Həmçinin iki ölkə arasında mövcud əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Görüş sual-cavab formatında davam etdirilib.