✕
(012) 525 55 45 | 142
AZ
  • EN
Dövlət Əmək Müfəttişliyi Xidməti
  • Nazirlik
    • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
    • Dövlət Əmək Müfəttişliyi Xidməti
    • DOST Agentliyi
    • Dövlət Məşğulluq Agentliyi
    • Sosial Xidmətlər Agentliyi
    • Dövlət Sosial Müdafiə Fondu
    • Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya
    • Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi
    • DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi
  • Müfəttişlik
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Əsasnamə
    • Strateji məqsədlər
    • İşə qəbul
    • Hesabatlar
  • Xidmətlər
    • Əmək müqaviləsi bildirişinin qeydiyyata alınması və bu barədə işəgötürənə və işçilərə məlumat verilməsi
    • Yeni və ya yenidən qurulmuş müəssisələrin, obyektlərin, istehsalat vasitələrinin əməyin mühafizəsi tələblərinə uyğunluğunu təyin edən sertifikat-pasportun verilməsi
    • İşəgötürənlərə və işçilərə əmək qanunvericiliyinin tətbiqi barədə metodiki kömək göstərilməsi
    • Müəssisə və təşkilatlarda əməyin mühafizəsi xidmətlərinin yenidən təşkili və ya ləğv edilməsinə razılıq verilməsi
    • Əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbul edilməsi
    • İstehsalatda baş verən bədbəxt hadisələr barədə məlumatların qəbulu və bu hadisələrin təhqiqatının aparılması
    • Əmək münasibətləri sahəsi üzrə arayışların verilməsi
  • Qanunvericilik
    • Konstitusiya
    • Məcəllələr
    • Qanunlar
    • Fərmanlar
    • Qərarlar
    • Sərəncamlar
    • Qaydalar
  • Media
    • Press-reliz
    • Elanlar
    • Fotoqalereya
    • Videoqalereya
    • Çap məhsulları
    • “DOST Müfəttiş” layihəsi
  • Sual-cavab
  • Əlaqə
  • Bloq
    • İşçilər üçün
    • İşəgötürənlər üçün
  • Dövlət Əmək Müfəttişliyi Xidməti
  • Press-reliz
  • Cəbrayıl rayonunda əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri keçirilib
02.05.2025

Cəbrayıl rayonunda əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri keçirilib

İşğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən müəssisələrdə layiqli əməyin təminatına dövlət dəstəyi ilə bağlı maarifləndirmə tədbirləri Cəbrayıl rayonunda davam edir.

Cəbrayıl rayonunun Şükürbəyli kəndində təşkil edilən 4 tədbirdə 9 müəssisə üzrə ümumilikdə 285 rəhbər və işçi heyət iştirak edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyindəki Əməyin Mühafizəsi Mərkəzinin işəgötürənlərə əməyin mühafizəsi və iş yerlərinin attestasiyası sahəsində göstərdiyi xidmətlər iştirakçıların diqqətinə çatdırılıb. Bundan əlavə, işəgötürənlərə əməyin mühafizəsi sahəsində təsdiq edilmiş yeni dövlət standartları haqqında ətraflı məlumat verilib.

Tədbir iştirakçıları layiqli əməyin təminatı sahəsində aparılan dövlət siyasəti, əmək qanunvericiliyinin tələbləri, əməyin mühafizəsi, iş yerlərində təhlükəsizlik standartları və mina təhlükəsizliyi qaydaları barədə məlumatlandırılıb. Eyni zamanda, tədbirin təşkilatçısı olan qurumların fəaliyyət istiqamətləri və əmək münasibətlərinə verdikləri dəstək barədə geniş məlumat verilib.

Maarifləndirmə tədbirləri çərçivəsində iştirakçılara yaddaş kitabçaları, bukletlər və digər təlimat xarakterli materiallar təqdim olunub, həmçinin onların sualları cavablandırılıb.

Tədbirdə Dövlət Əmək Müfəttişliyi Xidməti, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi, Beynəlxalq Avrasiya Mətbuat Fondu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin əməkdaşları iştirak edib.

Tədbirlərin işğaldan azad olunmuş digər ərazilərdə də davam etdirilməsi nəzərdə tutulur.

Paylaş:

  • LinkedIn
  • Twitter
  • Facebook
  • Whatsapp
  • Telegram

Əmək hüquqlarınızın müdafiəsi üçün yaradılmış (+994 10) 525 55 45 WhatsApp nömrəsinə yaza bilərsiniz.

Ünvan: Bakı şəhəri, Svetlana Məmmədova küç., 107

Telefon: 142- Çağrı Mərkəzi(+994 12) 525 55 45

Elektron poçt: demx@sosial.gov.az

Bütün hüquqlar qorunur | © Dövlət Əmək Müfəttişliyi Xidməti