✕
(012) 525 55 45 | 142
AZ
  • EN
Dövlət Əmək Müfəttişliyi Xidməti
  • Nazirlik
    • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
    • Dövlət Əmək Müfəttişliyi Xidməti
    • DOST Agentliyi
    • Dövlət Məşğulluq Agentliyi
    • Sosial Xidmətlər Agentliyi
    • Dövlət Sosial Müdafiə Fondu
    • Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya
    • Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi
    • DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi
  • Müfəttişlik
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Əsasnamə
    • Strateji məqsədlər
    • İşə qəbul
    • Hesabatlar
  • Xidmətlər
    • Əmək müqaviləsi bildirişinin qeydiyyata alınması və bu barədə işəgötürənə və işçilərə məlumat verilməsi
    • Yeni və ya yenidən qurulmuş müəssisələrin, obyektlərin, istehsalat vasitələrinin əməyin mühafizəsi tələblərinə uyğunluğunu təyin edən sertifikat-pasportun verilməsi
    • İşəgötürənlərə və işçilərə əmək qanunvericiliyinin tətbiqi barədə metodiki kömək göstərilməsi
    • Müəssisə və təşkilatlarda əməyin mühafizəsi xidmətlərinin yenidən təşkili və ya ləğv edilməsinə razılıq verilməsi
    • Əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbul edilməsi
    • İstehsalatda baş verən bədbəxt hadisələr barədə məlumatların qəbulu və bu hadisələrin təhqiqatının aparılması
    • Əmək münasibətləri sahəsi üzrə arayışların verilməsi
  • Qanunvericilik
    • Konstitusiya
    • Məcəllələr
    • Qanunlar
    • Fərmanlar
    • Qərarlar
    • Sərəncamlar
    • Qaydalar
  • Media
    • Press-reliz
    • Elanlar
    • Fotoqalereya
    • Videoqalereya
    • Çap məhsulları
    • “DOST Müfəttiş” layihəsi
  • Sual-cavab
  • Əlaqə
  • Bloq
    • İşçilər üçün
    • İşəgötürənlər üçün
  • Dövlət Əmək Müfəttişliyi Xidməti
  • Press-reliz
  • Cəbrayıl rayonunda əməyin mühafizəsi ilə bağlı növbəti maarifləndirmə tədbirləri keçirilib
05.05.2025

Cəbrayıl rayonunda əməyin mühafizəsi ilə bağlı növbəti maarifləndirmə tədbirləri keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyindəki Əməyin Mühafizəsi Mərkəzinin təşkilatçılığı ilə Cəbrayıl rayonunda növbəti maarifləndirmə tədbirləri baş tutub.

Bu tədbirlər işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən müəssisələrdə layiqli əməyin təmin olunmasına dövlət dəstəyinin davamı olaraq həyata keçirilib.

Cəbrayıl rayonunda keçirilən növbəti 2 maarifləndirmə tədbirində ümumilikdə 7 müəssisədən 85 nəfər rəhbər və işçi heyəti iştirak edib.

Mərkəz tərəfindən işəgötürənlərə əməyin mühafizəsi və iş yerlərinin attestasiyası sahəsində təqdim edilən xidmətlər barədə ətraflı məlumat verilib. Eyni zamanda, bu sahədə əməyin mühafizəsi sahəsində təsdiq edilmiş yeni dövlət standartları işəgötürənlərin diqqətinə çatdırılıb.

Tədbirlər zamanı iştirakçılar dövlətin layiqli əmək siyasəti, əmək qanunvericiliyinin əsas tələbləri, iş yerlərində təhlükəsizlik standartları və mina təhlükəsizliyi qaydaları barədə ətraflı şəkildə məlumatlandırılıblar. Həmçinin tədbiri təşkil edən qurumların fəaliyyət istiqamətləri və əmək münasibətlərinin tənzimlənməsinə verdikləri dəstək haqqında da geniş izahat verilib.

Maarifləndirmə tədbirləri çərçivəsində iştirakçılara yaddaş kitabçaları, bukletlər və digər təlimat xarakterli materiallar təqdim olunub, həmçinin onların sualları cavablandırılıb.

Tədbirlərdə Dövlət Əmək Müfəttişliyi Xidməti, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi, Beynəlxalq Avrasiya Mətbuat Fondu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndələri iştirak edib.

Bu cür maarifləndirici tədbirlərin yaxın gələcəkdə digər azad edilmiş ərazilərdə də keçirilməsi planlaşdırılır.

Paylaş:

  • LinkedIn
  • Twitter
  • Facebook
  • Whatsapp
  • Telegram

Əmək hüquqlarınızın müdafiəsi üçün yaradılmış (+994 10) 525 55 45 WhatsApp nömrəsinə yaza bilərsiniz.

Ünvan: Bakı şəhəri, Svetlana Məmmədova küç., 107

Telefon: 142- Çağrı Mərkəzi(+994 12) 525 55 45

Elektron poçt: demx@sosial.gov.az

Bütün hüquqlar qorunur | © Dövlət Əmək Müfəttişliyi Xidməti