✕
(012) 525 55 45 | 142
AZ
  • AZ
  • EN
  • Nazirlik
    • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
    • Dövlət Əmək Müfəttişliyi Xidməti
    • DOST Agentliyi
    • Dövlət Məşğulluq Agentliyi
    • Sosial Xidmətlər Agentliyi
    • Dövlət Sosial Müdafiə Fondu
    • Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya
    • Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi
    • DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi
  • Müfəttişlik
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Əsasnamə
    • Strateji məqsədlər
    • İşə qəbul
    • Hesabatlar
  • Xidmətlər
    • Əmək müqaviləsi bildirişinin qeydiyyata alınması və bu barədə işəgötürənə və işçilərə məlumat verilməsi
    • Yeni və ya yenidən qurulmuş müəssisələrin, obyektlərin, istehsalat vasitələrinin əməyin mühafizəsi tələblərinə uyğunluğunu təyin edən sertifikat-pasportun verilməsi
    • İşəgötürənlərə və işçilərə əmək qanunvericiliyinin tətbiqi barədə metodiki kömək göstərilməsi
    • Müəssisə və təşkilatlarda əməyin mühafizəsi xidmətlərinin yenidən təşkili və ya ləğv edilməsinə razılıq verilməsi
    • Əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbul edilməsi
    • İstehsalatda baş verən bədbəxt hadisələr barədə məlumatların qəbulu və bu hadisələrin təhqiqatının aparılması
    • Əmək münasibətləri sahəsi üzrə arayışların verilməsi
  • Qanunvericilik
    • Konstitusiya
    • Məcəllələr
    • Qanunlar
    • Fərmanlar
    • Qərarlar
    • Sərəncamlar
    • Qaydalar
  • Media
    • Press-reliz
    • Elanlar
    • Fotoqalereya
    • Videoqalereya
    • Çap məhsulları
    • “DOST Müfəttiş” layihəsi
  • Sual-cavab
  • Əlaqə
  • Bloq
    • İşçilər üçün
    • İşəgötürənlər üçün
  • Ana səhifə
  • Media
  • Press-reliz
25.10.24

Daha bir qrup işəgötürən üçün “DOST Müfəttiş” layihəsinə dair təqdimat olub

×

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlət və özəl sektora aid daha bir qrup işəgötürən üçün Nazirliyin “DOST Müfəttiş” layihəsinə dair təqdimat olub.

Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndələrin də iştirakı ilə keçən görüşdə layihəyə qoşulmaq üçün müraciət etmiş dövlət və özəl qurumların nümayəndələrinə layihə haqqında geniş təqdimat edilib.

Bildirilib ki, layihə ölkəmizdə fəaliyyət göstərən müəssisələrdə əmək münasibətlərinin tənzimlənməsi, müəssisələrin mütərəqqi fəaliyyətinə dəstək olmaq və korporativ mühiti inkişaf etdirmək məqsədi ilə tətbiq edilir.

Layihə çərçivəsində müəssisələrdə inzibati məsuliyyət risklərinin azaldılması, əmək qanunvericiliyinə əməl edilməsi istiqamətində preventiv tədbirlərin tətbiqi, əməyin mühafizəsi üzrə fəaliyyətin düzgün təşkili, insan resursları proseslərinin optimallaşdırılmasına və “Əmək və Məşğulluq” altsisteminin tətbiqi ilə bağlı texniki məsələlərdə dəstək göstərilir.

“DOST Müfəttiş” layihəsinin beynəlxalq səviyyədə də yüksək qiymətləndirildiyi vurğulanıb. Bu günlərdə Böyük Britaniyadakı “Corporate Vision” təşkilatının keçirdiyi “Small Business Awards 2024” beynəlxalq müsabiqəsində “DOST Müfəttiş” layihəsinin qalib seçilərək mükafata layiq görüldüyü qeyd edilib.

Görüşdə layihənin müəssisələrdə tətbiqi haqqında geniş müzakirə aparılıb. Görüşün sonunda qurumlara layihə planı təqdim edilib.

Paylaş:

  • LinkedIn
  • Facebook
  • Whatsapp
  • Telegram

Əmək hüquqlarınızın müdafiəsi üçün yaradılmış (+994 10) 525 55 45 WhatsApp nömrəsinə yaza bilərsiniz.

Ünvan: Bakı şəhəri, Svetlana Məmmədova küç., 107

Telefon: 142 - Çağrı mərkəzi (012) 525 55 45

Elektron poçt: demx@sosial.gov.az

Bütün hüquqlar qorunur | © Dövlət Əmək Müfəttişliyi Xidməti