✕
(012) 525 55 45 | 142
AZ
  • EN
Dövlət Əmək Müfəttişliyi Xidməti
  • Nazirlik
    • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
    • Dövlət Əmək Müfəttişliyi Xidməti
    • DOST Agentliyi
    • Dövlət Məşğulluq Agentliyi
    • Sosial Xidmətlər Agentliyi
    • Dövlət Sosial Müdafiə Fondu
    • Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya
    • Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi
    • DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi
  • Müfəttişlik
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Əsasnamə
    • Strateji məqsədlər
    • İşə qəbul
    • Hesabatlar
  • Xidmətlər
    • Əmək müqaviləsi bildirişinin qeydiyyata alınması və bu barədə işəgötürənə və işçilərə məlumat verilməsi
    • Yeni və ya yenidən qurulmuş müəssisələrin, obyektlərin, istehsalat vasitələrinin əməyin mühafizəsi tələblərinə uyğunluğunu təyin edən sertifikat-pasportun verilməsi
    • İşəgötürənlərə və işçilərə əmək qanunvericiliyinin tətbiqi barədə metodiki kömək göstərilməsi
    • Müəssisə və təşkilatlarda əməyin mühafizəsi xidmətlərinin yenidən təşkili və ya ləğv edilməsinə razılıq verilməsi
    • Əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbul edilməsi
    • İstehsalatda baş verən bədbəxt hadisələr barədə məlumatların qəbulu və bu hadisələrin təhqiqatının aparılması
    • Əmək münasibətləri sahəsi üzrə arayışların verilməsi
  • Qanunvericilik
    • Konstitusiya
    • Məcəllələr
    • Qanunlar
    • Fərmanlar
    • Qərarlar
    • Sərəncamlar
    • Qaydalar
  • Media
    • Press-reliz
    • Elanlar
    • Fotoqalereya
    • Videoqalereya
    • Çap məhsulları
    • “DOST Müfəttiş” layihəsi
  • Sual-cavab
  • Əlaqə
  • Bloq
    • İşçilər üçün
    • İşəgötürənlər üçün
  • Dövlət Əmək Müfəttişliyi Xidməti
  • Press-reliz
  • DƏMX DOST könüllüləri üçün infotur təşkil edib
30.09.2024

DƏMX DOST könüllüləri üçün infotur təşkil edib

“DOST to DOST”  layihəsinin “Əmək hüquqları” adlı növbəti təlim proqramı da yekunlaşıb. “Əmək hüquqları” adlı təlim proqramı Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) ilə “Könüllü DOST” proqramının təşkilatçılığı ilə həyata keçirilib. “DOST to DOST” layihəsinin həyata keçirilməsində əsas məqsəd gənclərin fərdi inkişafına dəstək olmaq, həmçinin onların asudə vaxtlarının səmərəli təşkil olunmasını təmin etməkdir. Proqram çərçivəsində könüllülərə əmək qanunvericiliyinə dair 5 mövzu üzrə interaktiv təlimlər keçirilib. İnteraktiv formada təşkil edilən təlimlərdə mövzular könüllülərə təqdimatlar vasitəsilə izah olunub.

Təlimlərin yekununu olaraq seminarları uğurla başa vuran DOST könüllüləri üçün əməyin mühafizəsi və təhlükəsizliyinin təmini sahəsində nümunəvi müəssisələrdən biri olan “Azerfloat” QSC-də infotur təşkil edilib.

Müəssisədə təhlükəsizlik qaydaları ilə bağlı təlimatla tanış olduqdan sonra istehsalat barədə ətraflı məlumat alan könüllülər prosesi yaxından izləmək üçün real iş şəraiti ilə yaxından tanış olublar.

Qeyd edək ki, DƏMX-in tabeliyindəki Əməyin Mühafizəsi Mərkəzi ilə “Azerfloat” QSC arasında imzalanmış əməkdaşlıq sənədi əsasında  həmin şirkətdə əməyin mühafizəsi normaları, standartları və qaydalarının tətbiqi, işçilərin əməyin mühafizəsi üzrə təlimatlandırılması və risklərin idarə olunması istiqamətində birgə işlər aparılıb. Bununla da müəssisədə işçilər üçün əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə nümunəvi şəraitin yaradılması təmin edilib.

 

Paylaş:

  • LinkedIn
  • Twitter
  • Facebook
  • Whatsapp
  • Telegram

Əmək hüquqlarınızın müdafiəsi üçün yaradılmış (+994 10) 525 55 45 WhatsApp nömrəsinə yaza bilərsiniz.

Ünvan: Bakı şəhəri, Svetlana Məmmədova küç., 107

Telefon: 142- Çağrı Mərkəzi(+994 12) 525 55 45

Elektron poçt: demx@sosial.gov.az

Bütün hüquqlar qorunur | © Dövlət Əmək Müfəttişliyi Xidməti