Norveçdə Beynəlxalq Əmək Təşkilatının (BƏT) və Norveçin Əmək və Sosial İnkluzivlik Nazirliyi tərəfindən Əmək Müfəttişliklərinin rəhbər şəxslərinin II Beynəlxalq Texniki Forumu keçirilib.
“Əmək müfəttişliyi vasitəsilə sosial ədalətə nail olunması sahəsində birgə fəaliyyət” mövzusunda keçirilən Forumda Azərbaycanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (Xidmət) rəis müavini Orxan Hüseynzadə təmsil edib.
O. Hüseynzadə səfər çərçivəsində Türkiyə Cümhuriyyətinin Əmək və Sosial Müdafiə Nazirliyinin Rəhbərlik və Müfəttişlik İdarəsinin rəis müavini Faruk Sevən ilə görüşüb. Görüş zamanı qurumlararası əməkdaşlıq imkanları müzakirə edilib.