Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bərdədə “Əmək və icra intizamının təmin edilməsi qaydaları, işəgötürənin və işçinin qarşılıqlı maddi məsuliyyəti” mövzusunda maarifləndirmə tədbiri keçirib.
Tədbirdə hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri, həmçinin Qarabağ regionunda yerləşən müəssisələrin işəgötürənləri iştirak edib.
Dövlət Əmək Müfəttişliyi Xidmətinin regional şöbəsinin nümayəndələri çıxış edərək əmək və icra intizamının təmin edilməsi qaydaları ilə bağlı ətraflı məlumat veriblər. Müəssisədaxili intizam qaydalarının həm işçilər, həm də işəgötürən üçün məcburi olduğu diqqətə çatdırılıb.
Həmçinin tədbirə dəvət edilən qonaqlar da mövzu ətrafında polemikalara qoşularaq öz fikirlərini bildiriblər.
Tədbir interaktiv şəkildə sual-cavab formatında davam etdirilib.