Dövlət Əmək Müfəttişliyi Xidməti əməkdaşlarının nəzəri və praktik biliklərinin artırılması məqsədilə mütəmadi təlimlər keçirir.
“İnzibati Xətalar Məcəlləsinin tətbiqi” və “Əmək qanunvericiliyinin tətbiqi” ilə bağlı bir aylıq növbəti təlim kursu başa çatıb. Təlimlərdə Xidmətin 40-a yaxın əməkdaşı iştirak edib.
Yekunda təlim iştirakçıları tərəfindən mövzuların mənimsənilməsi səviyyəsinin öyrənilməsi məqsədilə test yoxlaması aparılıb. Həmçinin iştirakçıların təlim barədə fikirlərinin öyrənilməsi məqsədilə qiymətləndirilmə həyata keçirilib.
Xidmət tərəfindən bu tipli təlimlərin davamlı olaraq keçirilməsi planlaşdırılır.