Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlər üçün 2022-ci ilin ilk onlayn maarifləndirmə tədbirini keçirib. Tədbirin mövzusu "Əmək münasibətlərinin rəsmiləşdirilməsi, əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitam verilməsinin əsasları və qaydaları" olub. Görüşdə 60-a yaxın müəssisədən nümayəndə iştirak edib.Tədbirdə Xidmətin Bakı Şəhər İdarəsinin əməkdaşları tərəfindən mövzu ilə bağlı çıxışlar edilib.
Bildirilib ki, işəgötürən ilə işçi arasında əmək münasibətləri əmək müqaviləsi bildirişi Nazirliyin Mərkəzləşmiş Elektron İnformasiya Sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə daxil edilərək qeydiyyata alındıqdan və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərildikdən sonra yaranır. Öncə işçi ilə işəgötürən arasında yazılı əmək müqaviləsi bağlanır, müqavilənin bildirişi elektron qaydada qeydiyyata alındıqdan sonra işçi işə başlaya bilər.
İştirakçılara əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitam verilməsinin əsasları və qaydaları barədə ətraflı məlumatlar verilib.Sonda tədbir iştirakçılarının əmək qanunvericiliyi ilə bağlı sualları cavablandırılıb.