Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti, Xidmətin tabeliyində Əməyin Mühafizəsi Mərkəzi ilə birgə Siyəzən şəhərində "Uşaqların əmək hüquqları. Məcburi əmək və insan alverinin qarşısının alınması. Əməyin mühafizəsi normaları, qaydaları və prinsipləri. İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və bədbəxt hadisələrdən sığorta. İş yerlərinin attestasiyasının keçirilməsi qaydaları." mövzularında növbəti maarifləndirmə tədbiri keçirib.
Tədbirdə hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri, həmçinin Quba-Xaçmazda yerləşən müəssisələrin işəgötürənləri iştirak edib.
Təqdimatlar vasitəsilə çıxışlar edilib. Qeyd edilən mövzular barədə geniş məlumatlar verilib.
“Əməyin Mühafizəsi Mərkəzi” publik hüquqi şəxsin (Mərkəz) əməkdaşı da öz növbəsində sahə üzrə qanunvericiliyin tələblərini qonaqların diqqətinə çatdırmaqla yanaşı qurum haqqında ətraflı məlumat verərək bildirib ki, Mərkəz əmək hüquqları, əməyin mühafizəsi və təhlükəsizliyi sahəsində məsləhət xidmətləri göstərməklə, əməyin mühafizəsi üzrə standard, norma və qaydaların müəssisələrdə tətbiqinə mühüm dəstək göstərir.
Tədbirdə həmçinin işəgötürənlərə “Business Ready” hesabatı barədə məlumat verilib.
Tədbirin sonunda işəgötürənləri maraqlandıran suallar cavablandırılıb.