Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşlarını Nazirliyin yaranmasının 106 illiyi münasibəti ilə “Təşəkkürnamə” ilə təltif edib.
Xidmətin rəis müavini Nərmin Mirzəyeva əməyi qiymətləndirilmiş əməkdaşlarla görüşüb. Onları təbrik edərək, Xidmətin fəaliyyətinə göstərdikləri dəstəyə görə təşəkkürünü ifadə edib.
Qurumun qazandığı uğurların təqdirəlayiq hesab edildiyini bildirən rəis müavini qarşıda duran hədəflərə çatmaq üçün onlara göstərilən etimadı doğruldacaqlarına inandığını bildirib.
Görüşün sonunda N.Mirzəyeva təşəkkürnamələri əməkdaşlara təqdim edib.