Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları təltif olunub
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşlarını “Təşəkkürnamə” ilə təltif edib.
“Sosial müdafiə sahəsinin inkişafında səmərəli fəaliyyətlərinə görə” təltif edilənlər Xidmətin Aparatının Risklərin idarəedilməsi və elektron audit şöbəsinin müdir müavini Aynurə Tağıyeva və Şirvan-Salyan regional şöbəsinin rəisi Anar Xıdırovdur.
Təşəkkürnamə Xidmət rəhbərliyi tərəfindən əməkdaşlara təqdim olunub.
Əməkdaşlarımızı təbrik edir və gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!