Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəhbər heyəti 44 günlük Vətən müharibəsində Suqovuşan uğrunda gedən döyüşlərdə şəhid olmuş Salamov Vüsal Yəhya oğlunun ailəsini ziyarət edib.
Prezident İlham Əliyevin Sərəncamları ilə Vüsal Salamov “Vətən uğrunda”, "Suqovuşanın azad olunmasına görə", “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Ailə ilə söhbət zamanı şəhidin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub, onun xatirəsinin əbədi olaraq yaşayacağı vurğulanıb. Ailənin sosial vəziyyəti ilə maraqlanılıb.
Bildirilib ki, bütün şəhid ailələrinə, o cümlədən Vüsal Salamovun ailəsinə dövlətimiz tərəfindən daim diqqət və qayğı göstərilir.
V.Salamovun ailəsinin sosial vəziyyətinin bundan sonra da həmişə diqqətdə saxlanacağı vurğulanıb.