Beynəlxalq Əmək Təşkilatının təşkilatçılığı ilə keçirilən tədbirdə bir sıra ölkələrin əmək məsələləri sahəsi üzrə müvafiq qurumlarının, işəgötürənlərin və işçilərin nümayəndələri iştirak edib. Görüşdə Azərbaycan Respublikasını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Nərmin Mirzəyeva təmsil edib.
Tədbirin əsas məqsədi üçtərəflilik (“tripartism”) prinsipi nəzərə alınmaqla müzakirələr əsasında tikinti materialları sənayesi sahəsində layiqli əməyin təmini və ədalətli keçid üçün müvafiq tövsiyələr də daxil olmaqla hesabatın hazırlanması və qəbul edilməsi olmuşdur.
Görüşdə müzakirələrin əsas mövzuları müvafiq sahədə imkanlar və çağırışlar, layiqli əməyin təmini üçün görülməli tədbirlər, BƏT və üzv ölkələr tərəfindən gələcək fəaliyyət zamanı nəzərə alınması üçün tövsiyələr olmuşdur.
Müzakirələr zamanı N.Mirzəyeva Azərbaycan Respublikasında əmək qanunvericiliyinə xüsusilə əmək münasibətlərinin rəqəmsallaşması üzrə edilmiş son dəyişikliklərin layiqli əməyin təminində rolu, habelə “Əmək və Məşğulluq” altsisteminin əmək müffətişləri üçün yaratdığı elektron nəzarət və monitorinq imkanları barədə iştirakçılara məlumat vermişdir.