Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) İnsan Resursları və Əmək Komitəsinin birgə təşkilatçılığı ilə “Əmək qanunvericiliyi ilə bağlı praktiki məsələlər” mövzusunda təşkil edilmiş görüşdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları iştirak ediblər.
Görüşdə mövzu üzrə biznes-hökumət müstəvisində müzakirələr aparılıb, mövcud praktik həll yolları ətrafında fikir mübadiləsi edilib. İştirakçıları maraqlandıran suallar DƏMX əməkdaşları tərəfindən cavablandırılıb.