Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlər üçün "ƏMAS-ın imkanları və yeniliklər" mövzusunda cari ilin ilk onlayn maarifləndirmə tədbirini keçirib.
Görüşdə 100-ə yaxın müəssisədən nümayəndə iştirak edib.
Xidmətin Bakı şəhər İdarəsinin əməkdaşı mövzu ilə bağlı təqdimatla çıxış edib.
ƏMAS-ın imkanları və yeniliklərlə bağlı işəgötürənlərə ətraflı məlumat verilib. Altsistemin iş prinsipi ilə bağlı detallara aydınlıq gətirilib.
İşəgötürənlərin sualları Xidmətin Aparatından rəhbər şəxslər də daxil olmaqla əməkdaşlar tərəfindən cavablandırılıb.