2022-ci ilin yanvar ayı üzrə Dövlət Əmək Müfəttişliyi Xidmətinə daxil olan vətəndaş müraciətlərinin bir qismində sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyi əks olunub.
Xidmətin yanvar ayında bu istiqamətdə apardığı araşdırmalar zamanı işəgötürənlər tərəfindən 26.685 manat əməkhaqqının işçilərə ödənilməsinin gecikdirildiyi müəyyən edilərək həmin vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin olunub.