Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları həssas əhali qruplarından olan 15-18 yaşlı uşaqlara təlimlər keçiblər.
Təlimlər Nazirliyin tabeliyindəki Sosial Xidmətlərin Agentliyinin nəzdində olan “Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi” və “Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzi”ndə təşkil olunub.
Təlimlərdə həmin müəssisələrdə məskunlaşmış valideyn himayəsindən məhrum olan, zorakılığa məruz qalmış və əlilliyi olan 15-18 yaş uşaqlar iştirak ediblər.
Təlimlərin məqsədi uşaqların əmək qanunvericiliyi sahəsində maarifləndirilməsi və onların cəmiyyətə adaptasiyaları olub.