Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlər üçün “İş vaxtının növləri, iş vaxtının rejimi və iş vaxtından artıq vaxtda işin tənzimlənməsi qaydaları” mövzusunda növbəti maarifləndirici onlayn tədbir keçirib.
Görüşdə 80-ə yaxın müəssisədən nümayəndə iştirak edib.
Tədbirin giriş nitqini Mərkəzi Aran regional şöbəsinin müdiri Elçin Əliyev söyləyib. O, Xidmət tərəfindən mütəmadi olaraq təşkil edilən onlayn tədbirlərin əhəmiyyətindən danışıb. Əmək qanunvericiliyinin tələblərinə əməl olunmasının vacibliyini və hazırkı mövzunun aktuallığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Regional şöbənin əməkdaşı Camal Camalzadə tərəfindən mövzu ilə bağlı təqdimat olub. Müəssisə və təşkilatlarda iş vaxtının növləri, iş vaxtının rejimi və iş vaxtından artıq vaxtda işin tənzimlənməsi qaydaları ilə bağlı əmək qanunvericiliyinin tələbləri izah olunub.
Sonda mövzu ilə bağlı suallar cavablandırılıb.