Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlər üçün “Uşaqların əmək hüquqları. Məcburi əmək və insan alverinin qarşısının alınması" mövzusunda növbəti onlayn maarifləndirici tədbir keçirib.
Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları tərəfindən uşaq əməyinin formaları, uşaq əməyinə münasibətdə qanunvericilikdən irəli gələn prinsiplər, uşaq əməyinin istismarının mənfi nəticələri diqqətə çatdırılıb. Uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etməyin qanunvericiliklə qadağan olunduğu vurğulanıb.
Qanunvericilikdə uşaqların əmək hüquqları ilə bağlı müəyyən edilən normalar, 15 yaşından 18 yaşınadək işçilərlə əmək münasibətlərinin qurulmasının hüquqi əsasları barədə ətraflı məlumat verilib.
Sonda mövzu ilə bağlı suallar cavablandırılıb.