Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlər üçün "Əmək münasibətlərinin rəsmiləşdirilməsi, əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitam verilməsinin əsasları və qaydaları" mövzusunda növbəti maarifləndirici onlayn tədbir keçirib.
Görüşdə 100-ə yaxın müəssisədən nümayəndə iştirak edib.
Dağlıq Şirvan regional şöbəsinin əməkdaşı mövzu ilə bağlı təqdimatlarla çıxış edib. İşəgötürən ilə işçi arasında əmək münasibətlərinin tənzimlənməsi üzrə əmək qanunvericiliyinin tələbləri tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
İştirakçılara əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitam verilməsinin əsasları və qaydaları barədə ətraflı məlumatlar verilib. Sonda mövzu ilə bağlı suallar cavablandırılıb.