Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlər üçün "İstirahət vaxtı, məzuniyyət hüququ və onun təmin edilməsi" mövzusunda növbəti maarifləndirici onlayn tədbir keçirib.
Görüşdə 60-a yaxın müəssisədən nümayəndə iştirak edib.
Tədbirin giriş nitqini Dağlıq Şirvan regional şöbəsinin müdiri Sirac Hümbətov söyləyib. O, Xidmət tərəfindən mütəmadi olaraq təşkil edilən onlayn tədbirlərin əhəmiyyətindən danışıb. Mövzunun aktuallığını diqqətə çatdıraraq tədbirə qoşulan iştirakçılara təşəkkürünü bildirib.
Regional şöbənin əməkdaşı Qalib Nəbiyev və Oruc Sənan tərəfindən mövzu ilə bağlı təqdimatlar olub. Müəssisə və təşkilatlarda istirahət vaxtı, məzuniyyət hüququ və onun təmin edilməsi ilə bağlı əmək qanunvericiliyinin tələbləri izah olunub.
Sonda mövzu ilə bağlı suallar cavablandırılıb.