✕
(012) 525 55 45 | 142
AZ
  • AZ
  • EN
  • Nazirlik
    • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
    • Dövlət Əmək Müfəttişliyi Xidməti
    • DOST Agentliyi
    • Dövlət Məşğulluq Agentliyi
    • Sosial Xidmətlər Agentliyi
    • Dövlət Sosial Müdafiə Fondu
    • Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya
    • Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi
    • DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi
  • Müfəttişlik
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Əsasnamə
    • Strateji məqsədlər
    • İşə qəbul
    • Hesabatlar
  • Xidmətlər
    • Əmək müqaviləsi bildirişinin qeydiyyata alınması və bu barədə işəgötürənə və işçilərə məlumat verilməsi
    • Yeni və ya yenidən qurulmuş müəssisələrin, obyektlərin, istehsalat vasitələrinin əməyin mühafizəsi tələblərinə uyğunluğunu təyin edən sertifikat-pasportun verilməsi
    • İşəgötürənlərə və işçilərə əmək qanunvericiliyinin tətbiqi barədə metodiki kömək göstərilməsi
    • Müəssisə və təşkilatlarda əməyin mühafizəsi xidmətlərinin yenidən təşkili və ya ləğv edilməsinə razılıq verilməsi
    • Əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbul edilməsi
    • İstehsalatda baş verən bədbəxt hadisələr barədə məlumatların qəbulu və bu hadisələrin təhqiqatının aparılması
    • Əmək münasibətləri sahəsi üzrə arayışların verilməsi
  • Qanunvericilik
    • Konstitusiya
    • Məcəllələr
    • Qanunlar
    • Fərmanlar
    • Qərarlar
    • Sərəncamlar
    • Qaydalar
  • Media
    • Press-reliz
    • Elanlar
    • Fotoqalereya
    • Videoqalereya
    • Çap məhsulları
    • “DOST Müfəttiş” layihəsi
  • Sual-cavab
  • Əlaqə
  • Bloq
    • İşçilər üçün
    • İşəgötürənlər üçün
  • Ana səhifə
  • Media
  • Press-reliz
28.11.24

Layiqli əməyin təminatı ilə bağlı qanunvericilikdə hansı prinsiplər əksini tapıb?

×

Layiqli əməyin təminatı Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Ötən dövrdə ölkəmiz Beynəlxalq Əmək Təşkilatının (BƏT) əsas işçi hüquqları ilə bağlı 60-dək Konvensiyasını, o cümlədən keçən il “Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında” Konvensiyasını ratifikasiya edib.

BƏT-lə fəal əməkdaşlıq təcrübəsinə malik olan ölkəmiz əmək və məşğulluq sahəsində öz milli qanunvericiliyini həmin sənədlərdən irəli gələn yanaşmalara uyğun təkmilləşdirib. Bu gün ölkəmizin Əmək Məcəlləsində ayrıca bir fəsil əməyin mühafizəsi normalarını, əməyin mühafizəsi hüququnun həyata keçirilməsi üçün təminatları və s. əhatə edir. Müəssisənin mülkiyyətçisi və işəgötürəninin işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdeh olduğu vurğulanır. 

Həmçinin Məcəllədə minimum əməkhaqqı ilə bağlı normalar, o cümlədən işçinin minimum əmək haqqı miqdarından az olmayan əməkhaqqı almaq hüququnun olduğu əksini tapıb. Onu da bildirək ki, ölkəmizdə aparılan minimum əmək haqqının mütəmadi artımı təmin edilir.  Son beş ildə icra olunan 4 sosial islahat paketi nəticəsində də minimum əməkhaqqı 2,7 dəfə, orta aylıq əməkhaqqı 2 dəfəyədək, median əməkhaqqı 2,2 dəfə, əmək haqqı fondu 3 dəfə artıb.

Milli qanunvericilikdə işçilərin məzuniyyət hüququna da xüsusi yer verilir. Qeyd olunur ki, işçilərin məzuniyyət hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz. Əmək stajından asılı olaraq işçilərə beş ildən on ilədək əmək stajı olduqda 2 təqvim günü, on ildən on beş ilədək əmək stajı olduqda 4 təqvim günü, on beş ildən çox əmək stajı olduqda 6 təqvim günü müddətində əlavə məzuniyyət verilir.

Gender bərabərliyinin təmin olunması, əmək münasibətlərində ayrı-seçkiliyə, uşaq əməyinin istismarına və məcburi əməyə, məzuniyyət hüququndan istifadənin məhdudlaşdırılmasına yol verilməməsi və s. ilə bağlı da qanunvericilikdə beynəlxalq normalardan irəli gələn prinsiplər əksini tapıb. 

Əmək münasibətləri və məşğulluğa dair milli qanunvericilikdə əksini tapan, biznes reytinqlər baxımından da önəmli olan vacib mövzularla bağlı https://sosial.gov.az/faydali/aciq-melumatlar/biznes-reytinqler-baximindan-emek-munasibetleri-ve-mesgulluga-dair-qanunvericilikde-vacib-meseleler linkindən də məlumat almaq olar.

Paylaş:

  • LinkedIn
  • Facebook
  • Whatsapp
  • Telegram

Əmək hüquqlarınızın müdafiəsi üçün yaradılmış (+994 10) 525 55 45 WhatsApp nömrəsinə yaza bilərsiniz.

Ünvan: Bakı şəhəri, Svetlana Məmmədova küç., 107

Telefon: 142 - Çağrı mərkəzi (012) 525 55 45

Elektron poçt: demx@sosial.gov.az

Bütün hüquqlar qorunur | © Dövlət Əmək Müfəttişliyi Xidməti