✕
(012) 525 55 45 | 142
AZ
  • EN
Dövlət Əmək Müfəttişliyi Xidməti
  • Nazirlik
    • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
    • Dövlət Əmək Müfəttişliyi Xidməti
    • DOST Agentliyi
    • Dövlət Məşğulluq Agentliyi
    • Sosial Xidmətlər Agentliyi
    • Dövlət Sosial Müdafiə Fondu
    • Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya
    • Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi
    • DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi
  • Müfəttişlik
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Əsasnamə
    • Strateji məqsədlər
    • İşə qəbul
    • Hesabatlar
  • Xidmətlər
    • Əmək müqaviləsi bildirişinin qeydiyyata alınması və bu barədə işəgötürənə və işçilərə məlumat verilməsi
    • Yeni və ya yenidən qurulmuş müəssisələrin, obyektlərin, istehsalat vasitələrinin əməyin mühafizəsi tələblərinə uyğunluğunu təyin edən sertifikat-pasportun verilməsi
    • İşəgötürənlərə və işçilərə əmək qanunvericiliyinin tətbiqi barədə metodiki kömək göstərilməsi
    • Müəssisə və təşkilatlarda əməyin mühafizəsi xidmətlərinin yenidən təşkili və ya ləğv edilməsinə razılıq verilməsi
    • Əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbul edilməsi
    • İstehsalatda baş verən bədbəxt hadisələr barədə məlumatların qəbulu və bu hadisələrin təhqiqatının aparılması
    • Əmək münasibətləri sahəsi üzrə arayışların verilməsi
  • Qanunvericilik
    • Konstitusiya
    • Məcəllələr
    • Qanunlar
    • Fərmanlar
    • Qərarlar
    • Sərəncamlar
    • Qaydalar
  • Media
    • Press-reliz
    • Elanlar
    • Fotoqalereya
    • Videoqalereya
    • Çap məhsulları
    • “DOST Müfəttiş” layihəsi
  • Sual-cavab
  • Əlaqə
  • Bloq
    • İşçilər üçün
    • İşəgötürənlər üçün
  • Dövlət Əmək Müfəttişliyi Xidməti
  • Press-reliz
  • Qadınların və fiziki məhdudiyyətli şəxslərin əmək hüquqları mövzusunda onlayn tədbir keçirilib
11.03.2022

Qadınların və fiziki məhdudiyyətli şəxslərin əmək hüquqları mövzusunda onlayn tədbir keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlər üçün "Uşaqların əmək hüquqları. Məcburi əmək və insan alverinin qarşısının alınması" mövzusunda növbəti maarifləndirici onlayn tədbir keçirib. Görüşdə 100-ə yaxın müəssisədən nümayəndə iştirak edib.

Tədbirin giriş nitqini Lənkəran-Astara regional şöbəsinin rəisi Etibar Vəliyev söyləyib. Əmək və Əhalinin Soaial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində aparılan struktur islahatları barədə məlumat verən E. Vəliyev bildirib ki, Lənkəran regional ərazi şöbəsi ilə Masallı regional ərazi şöbəsinin bazasında Lənkəran-Astara regional şöbəsi yaradılmışdır. Yeni yaradılan regional şöbəninin fəaliyyət sahəsi Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonlarını əhatə edir. Müvafiq rayonlardan daxil olan hər bir müraciətin qanunvericiliyinin tələbləri əsasında araşdırılaraq cavablandırılacağı vurğulanıb.

Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov da tədbirə dəvət olunub. O, çıxışında bu mövzuda tədbirin təşkilinin önəmindən danışıb. O, ümumən uşaq hüquqlarının ölkə səviyyəsində prioritet məsələ olduğunu vurğulayaraq uşaqların dövlətin nəzarətində olduğunu bildirib.

Tədbirdə Xidmətin Lənkəran-Astara regional şöbəsinin əməkdaşları tərəfindən mövzu ilə bağlı çıxışlar edilib.

Tədbir zamanı müəssisə və təşkilatlarda 15-18 yaşlı işçilərin əmək hüquqları və təminatları ilə bağlı əmək qanunvericiliyinin tələbləri izah olunub. İşəgötürülənlər məcburi əmək və insan alverinin qarşısının alınması ilə bağlı Əmək Məcəlləsinin və müvafiq qanunvericiliyin tələbləri barədə ətraflı məlumatlandırılıb.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, izahlar verilib.

Paylaş:

  • LinkedIn
  • Twitter
  • Facebook
  • Whatsapp
  • Telegram

Əmək hüquqlarınızın müdafiəsi üçün yaradılmış (+994 10) 525 55 45 WhatsApp nömrəsinə yaza bilərsiniz.

Ünvan: Bakı şəhəri, Svetlana Məmmədova küç., 107

Telefon: 142- Çağrı Mərkəzi(+994 12) 525 55 45

Elektron poçt: demx@sosial.gov.az

Bütün hüquqlar qorunur | © Dövlət Əmək Müfəttişliyi Xidməti