✕
(012) 525 55 45 | 142
AZ
  • EN
Dövlət Əmək Müfəttişliyi Xidməti
  • Nazirlik
    • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
    • Dövlət Əmək Müfəttişliyi Xidməti
    • DOST Agentliyi
    • Dövlət Məşğulluq Agentliyi
    • Sosial Xidmətlər Agentliyi
    • Dövlət Sosial Müdafiə Fondu
    • Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya
    • Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi
    • DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi
  • Müfəttişlik
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Əsasnamə
    • Strateji məqsədlər
    • İşə qəbul
    • Hesabatlar
  • Xidmətlər
    • Əmək müqaviləsi bildirişinin qeydiyyata alınması və bu barədə işəgötürənə və işçilərə məlumat verilməsi
    • Yeni və ya yenidən qurulmuş müəssisələrin, obyektlərin, istehsalat vasitələrinin əməyin mühafizəsi tələblərinə uyğunluğunu təyin edən sertifikat-pasportun verilməsi
    • İşəgötürənlərə və işçilərə əmək qanunvericiliyinin tətbiqi barədə metodiki kömək göstərilməsi
    • Müəssisə və təşkilatlarda əməyin mühafizəsi xidmətlərinin yenidən təşkili və ya ləğv edilməsinə razılıq verilməsi
    • Əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbul edilməsi
    • İstehsalatda baş verən bədbəxt hadisələr barədə məlumatların qəbulu və bu hadisələrin təhqiqatının aparılması
    • Əmək münasibətləri sahəsi üzrə arayışların verilməsi
  • Qanunvericilik
    • Konstitusiya
    • Məcəllələr
    • Qanunlar
    • Fərmanlar
    • Qərarlar
    • Sərəncamlar
    • Qaydalar
  • Media
    • Press-reliz
    • Elanlar
    • Fotoqalereya
    • Videoqalereya
    • Çap məhsulları
    • “DOST Müfəttiş” layihəsi
  • Sual-cavab
  • Əlaqə
  • Bloq
    • İşçilər üçün
    • İşəgötürənlər üçün
  • Dövlət Əmək Müfəttişliyi Xidməti
  • Press-reliz
  • Qazaxıstanda əməyin mühafizəsi sahəsində yeni modelə keçid müzakirə olunub
05.06.2025

Qazaxıstanda əməyin mühafizəsi sahəsində yeni modelə keçid müzakirə olunub

Beynəlxalq Əmək Təşkilatının (BƏT) “Qazaxıstanda mədən sektorunda sosial dialoq vasitəsilə əməyin mühafizəsinin təşviqi” layihəsi çərçivəsində “Risk qiymətləndirmə metodologiyasının təkmilləşdirilməsi üçün təkliflərin hazırlanması” mövzusunda üçtərəfli seminar keçirilib.

Tədbir Qazaxıstan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əməyin Mühafizəsi üzrə Respublika Elmi-Tədqiqat İnstitutunun ev sahibliyi ilə təşkil olunub. Seminarda “Qazaxıstanda kompensasiya modelindən riskə əsaslanan yanaşmaya və sosial müdafiənin yeni modelinə keçid mexanizmləri” müzakirə olunub.

Seminarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin və Xidmətin tabeliyindəki Əməyin Mühafizəsi Mərkəzinin nümayəndələri, Qazaxıstan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri, BƏT-in Qazaxıstandakı milli koordinatoru Daulet Arğandıqov, əmək mühafizəsi üzrə beynəlxalq ekspert Yekaterina Kuznetsova və digər mütəxəssislər iştirak ediblər.

İki gün davam edən seminar çərçivəsində əməyin mühafizəsi sahəsində yeni yanaşmalar müzakirə olunub.

Seminarın ilk günündə mövcud sistemin təhlili aparılıb. İstehsalat obyektlərinin attestasiya olunması, kompensasiyalar və peşə siyahılarına baxış keçirilib. Yeni sistemin əsas prinsipləri təqdim olunaraq peşə risklərinin inteqral və fərdi qiymətləndirilməsi, işəgötürənlərin stimullaşdırılması yolları, keçid zamanı işçilərin hüquqlarının qorunması və yeni keçid modeli üzrə təkliflər müzakirə olunub.

Bundan əlavə, Azərbaycan nümayəndə heyətinin “Əmək Resurslarının İnkişafı Mərkəzi” ASC-nin nümayəndələri ilə görüşü olub. Görüşdə Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyət istiqamətləri və əməyin mühafizəsi sahəsində görülən işlər barədə məlumat verilib. Müəssisələrdə əməyin mühafizəsi üzrə standart, norma və qaydaların tətbiqinə göstərilən dəstəyi vurğulanıb və yeni qəbul edilmiş standartlarla bağlı iştirakçıları məlumatlandırılıb.

Həmçinin əmək risklərinin rəqəmsal xəritəsi barədə məlumat verilib və əmək münaqişələrinin profilaktikası üçün alət kimi skorinq modelləri nümayiş olunub. Görüşdə iştirakçılar arasında sual-cavab sessiyası təşkil edilib, gələcək əməkdaşlıq və təcrübə mübadiləsi üzrə fikir mübadiləsi aparılıb.

Seminarın ikinci günü peşə risklərinin qiymətləndirilməsi metodikasının layihəsi üzərində geniş iş aparılıb. Risklərin fərdi və ümumi qiymətləndirilməsi metodları müqayisə edilərək yeni təkmilləşdirilmiş metodika üzrə təkliflər paketi hazırlanıb və Milli Fəaliyyət Planının əsas istiqamətləri müəyyənləşdirilib.

Seminar çərçivəsində Qazaxıstan və digər iştirakçı ölkələr arasında əməyin mühafizəsi sahəsində qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və davamlı görüşlərin keçirilməsi barədə razılıq əldə olunub.

Qeyd edək ki, seminardan sonra Azərbaycan nümayəndə heyətinin Qazaxıstan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əməyin Mühafizəsi üzrə Respublika Elmi-Tədqiqat İnstitutunun Baş direktoru Ləzzət Meyraşevna Aktaeva və əməkdaşları ilə də görüşü baş tutub. Görüş zamanı qarşılıqlı təcrübə mübadiləsi ilə bağlı müzakirələr aparılıb və qarşı tərəf İnstitutun fəaliyyəti barədə nümayəndə heyətini məlumatlandırıb.

 

 

Paylaş:

  • LinkedIn
  • Twitter
  • Facebook
  • Whatsapp
  • Telegram

Əmək hüquqlarınızın müdafiəsi üçün yaradılmış (+994 10) 525 55 45 WhatsApp nömrəsinə yaza bilərsiniz.

Ünvan: Bakı şəhəri, Svetlana Məmmədova küç., 107

Telefon: 142- Çağrı Mərkəzi(+994 12) 525 55 45

Elektron poçt: demx@sosial.gov.az

Bütün hüquqlar qorunur | © Dövlət Əmək Müfəttişliyi Xidməti