Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin regional şöbələrinin rəhbər şəxsləri Vətən müharibəsi iştirakçıları olan xanımlarla görüşüb.
Görüşdə Xidmətin rəhbər şəxsləri Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbənin iştirakçısı olan xanımları 8 Mart – Qadınlar Günü münasibətilə təbrik edib. Onlara göstərdikləri şücaət üçün təşəkkür edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Xanımlar göstərilən diqqət və qayğıya görə Xidmət rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.