✕
(012) 525 55 45 | 142
AZ
  • EN
Dövlət Əmək Müfəttişliyi Xidməti
  • Nazirlik
    • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
    • Dövlət Əmək Müfəttişliyi Xidməti
    • DOST Agentliyi
    • Dövlət Məşğulluq Agentliyi
    • Sosial Xidmətlər Agentliyi
    • Dövlət Sosial Müdafiə Fondu
    • Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya
    • Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi
    • DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi
  • Müfəttişlik
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Əsasnamə
    • Strateji məqsədlər
    • İşə qəbul
    • Hesabatlar
  • Xidmətlər
    • Əmək müqaviləsi bildirişinin qeydiyyata alınması və bu barədə işəgötürənə və işçilərə məlumat verilməsi
    • Yeni və ya yenidən qurulmuş müəssisələrin, obyektlərin, istehsalat vasitələrinin əməyin mühafizəsi tələblərinə uyğunluğunu təyin edən sertifikat-pasportun verilməsi
    • İşəgötürənlərə və işçilərə əmək qanunvericiliyinin tətbiqi barədə metodiki kömək göstərilməsi
    • Müəssisə və təşkilatlarda əməyin mühafizəsi xidmətlərinin yenidən təşkili və ya ləğv edilməsinə razılıq verilməsi
    • Əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbul edilməsi
    • İstehsalatda baş verən bədbəxt hadisələr barədə məlumatların qəbulu və bu hadisələrin təhqiqatının aparılması
    • Əmək münasibətləri sahəsi üzrə arayışların verilməsi
  • Qanunvericilik
    • Konstitusiya
    • Məcəllələr
    • Qanunlar
    • Fərmanlar
    • Qərarlar
    • Sərəncamlar
    • Qaydalar
  • Media
    • Press-reliz
    • Elanlar
    • Fotoqalereya
    • Videoqalereya
    • Çap məhsulları
    • “DOST Müfəttiş” layihəsi
  • Sual-cavab
  • Əlaqə
  • Bloq
    • İşçilər üçün
    • İşəgötürənlər üçün
  • Dövlət Əmək Müfəttişliyi Xidməti
  • Press-reliz
  • Rəqəmsal məkanda uşaqların əmək istismarı risklərinə dair müzakirələr aparılıb
05.06.2025

Rəqəmsal məkanda uşaqların əmək istismarı risklərinə dair müzakirələr aparılıb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Uşaqların kiber mühitdə müdafiəsi və rəqəmsal təhlükələrə qarşı birgə fəaliyyət” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirin məqsədi uşaqların rəqəmsal təhlükələrdən müdafiəsi, dövlət və vətəndaş cəmiyyəti institutları arasında koordinasiyalı əməkdaşlığın gücləndirilməsi və bu istiqamətdə mövcud çağırışlara dair birgə həll yollarının müzakirəsi olub.

Dəyirmi masada çıxış edən Dövlət Əmək Müfəttişliyi Xidməti Daxili nəzarət və normativ hüquqi sənədlərlə iş şöbəsinin müdir müavini Günel Baxşiyeva onlayn platformalarda uşaqların əmək fəaliyyəti ilə bağlı qarşılaşa biləcəyi əsas təhlükələrə diqqət çəkib. O, rəqəmsal məkanda əmək istismarı riskləri, bu halların yaranma səbəbləri və qarşısının alınması üçün Xidmət tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verib.

Tədbir çərçivəsində həmçinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Daxili İşlər Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, Audiovizual Şura və digər qurumların nümayəndələri mövzu üzrə çıxış edərək aktual rəqəmsal təhdidlər və onların qarşısının alınması yolları ilə bağlı fikir mübadiləsi aparıblar.

Müzakirələr zamanı uşaqların təhlükəsiz mühitdə inkişafının təmin olunması məqsədilə hüquqi çərçivənin təkmilləşdirilməsi, maarifləndirmə tədbirlərinin davamlı həyata keçirilməsi, valideynlərin və müəllimlərin bu sahədə maariflənməsinin artırılması istiqamətində vacib tövsiyələr irəli sürülüb.

Paylaş:

  • LinkedIn
  • Twitter
  • Facebook
  • Whatsapp
  • Telegram

Əmək hüquqlarınızın müdafiəsi üçün yaradılmış (+994 10) 525 55 45 WhatsApp nömrəsinə yaza bilərsiniz.

Ünvan: Bakı şəhəri, Svetlana Məmmədova küç., 107

Telefon: 142- Çağrı Mərkəzi(+994 12) 525 55 45

Elektron poçt: demx@sosial.gov.az

Bütün hüquqlar qorunur | © Dövlət Əmək Müfəttişliyi Xidməti