Şəhid Elşad Zeynallının Lənkəranda yaşayan ailəsi ziyarət edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları şəhid Zeynallı Elşad Elman oğlunun Lənkəran rayonunda yaşayan ailəsini ziyarət edib.
Görüşdə şəhidin keçdiyi döyüş yolundan, 44 günlük Vətən müharibəsində göstərdiyi şücaətlərdən bəhs olunub, onun xatirəsinin daim xalqımızın qəlbində yaşayacağı vurğulanıb.
Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Elşad Zeynallı dövlət başçısının sərancamları ilə ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Şəhidin ailəsinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzil verilib və müvafiq sosial ödənişlər edilir. Şəhidimizin ailəsinin bundan sonra da daim sosial dəstəklə əhatə olunacağı bildirilib.