Şəhid Xəyyam Daşdəmirov və Ramil Musayevin İsmayıllı rayonunda yaşayan ailələri ziyarət edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları 2020-ci il iyulun 12-də Ermənistan Silahlı Qüvvələri Tovuz rayonu istiqamətində təxribatının qarşısını alan zaman şəhid olmuş Daşdəmirov Xəyyam Məhəmməd oğlunun və 44 günlük Vətən müharibəsi zamanı Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhid olmuş Musayev Ramil Aydın oğlunun İsmayıllı rayonunda yaşayan ailələrini ziyarət edib.
X Daşdəmirov döyüşlərdə göstərdiyi igidliyə görə ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə, R.Musayev isə “Qarabağ” ordeni, “Vətən uğrunda”, “ Fizulinin azad olunmasına” və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.
Ailələr ilə söhbət zamanı şəhidlərin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub, onların xatirəsinin əbədi olaraq yaşayacağı vurğulanıb. Ailələrin sosial vəziyyəti ilə maraqlanılıb.
Bildirilib ki, bütün şəhid ailələrinə dövlətimiz tərəfindən daim diqqət və qayğı göstərilir. Şəhidlərimizin ailələrinin sosial vəziyyətinin bundan sonra da həmişə diqqətdə saxlanacağı vurğulanıb.