✕
(012) 525 55 45 | 142
AZ
  • AZ
  • EN
  • Nazirlik
    • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
    • Dövlət Əmək Müfəttişliyi Xidməti
    • DOST Agentliyi
    • Dövlət Məşğulluq Agentliyi
    • Sosial Xidmətlər Agentliyi
    • Dövlət Sosial Müdafiə Fondu
    • Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya
    • Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi
    • DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi
  • Müfəttişlik
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Əsasnamə
    • Strateji məqsədlər
    • İşə qəbul
    • Hesabatlar
  • Xidmətlər
    • Əmək müqaviləsi bildirişinin qeydiyyata alınması və bu barədə işəgötürənə və işçilərə məlumat verilməsi
    • Yeni və ya yenidən qurulmuş müəssisələrin, obyektlərin, istehsalat vasitələrinin əməyin mühafizəsi tələblərinə uyğunluğunu təyin edən sertifikat-pasportun verilməsi
    • İşəgötürənlərə və işçilərə əmək qanunvericiliyinin tətbiqi barədə metodiki kömək göstərilməsi
    • Müəssisə və təşkilatlarda əməyin mühafizəsi xidmətlərinin yenidən təşkili və ya ləğv edilməsinə razılıq verilməsi
    • Əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbul edilməsi
    • İstehsalatda baş verən bədbəxt hadisələr barədə məlumatların qəbulu və bu hadisələrin təhqiqatının aparılması
    • Əmək münasibətləri sahəsi üzrə arayışların verilməsi
  • Qanunvericilik
    • Konstitusiya
    • Məcəllələr
    • Qanunlar
    • Fərmanlar
    • Qərarlar
    • Sərəncamlar
    • Qaydalar
  • Media
    • Press-reliz
    • Elanlar
    • Fotoqalereya
    • Videoqalereya
    • Çap məhsulları
    • “DOST Müfəttiş” layihəsi
  • Sual-cavab
  • Əlaqə
  • Bloq
    • İşçilər üçün
    • İşəgötürənlər üçün
  • Ana səhifə
  • Media
  • Press-reliz
07.02.25

Sosial islahatların uğurları son bir ildə 120-dək beynəlxalq mükafat və sertifikata layiq görülüb

×

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq son illər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılan islahatların nailiyyətləri ötən il daha 117 beynəlxalq mükafat və sertifikata layiq görülüb. 

Bu nailiyyətlərdən DOST konsepsiyası, sosial xidmətlərin elektronlaşdırılması və proaktiv xidmətlərin yaradılması, “e-sosial” internet portalı, “Əmək və Məşğulluq”” altsistemi və digər uğurlar beynəlxalq müsabiqələrdə mütəmadi olaraq qaliblər sırasında yer alıb.

Mötəbər beynəlxalq təşkilatlardan olan, 160-dan çox ölkənin 320-dən çox sosial təminat qurumunu birləşdirən Beynəlxalq Sosial Təminat Assosiasiyası isə təkcə son bir ildə Nazirliyin qurumlarını 12 mükafatla təltif edib.

Eyni zamanda, ötən il DOST Agentliyi Avropa Sosial Şəbəkəsinin “European Social Services Awards – 2024” müsabiqəsində uğur qazanaraq növbəti dəfə Avropa Sosial Xidmətlər Mükafatına layiq görülüb. 

Ümumilikdə 2024-cü ildə DOST konsepsiyası və rəqəmsal sosial layihələrə görə 38, Dövlət Sosial Müdafiə Fondu üzrə 30,  Dövlət Əmək Müfəttişliyi Xidməti üzrə 21, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi üzrə 10, Dövlət Məşğulluq Agentliyi üzrə 10 beynəlxalq mükafat və sertifikat əldə olunub. 

Özünüməşğulluq proqramının genişləndirilməsində önəmli dəstək olan “Məşğulluğa Dəstək Layihəsi” isə Dünya Bankının yüksək mükafatı ilə təltif edilib.

Eləcə də Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya və Sosial Xidmətlər Agentliyinə ötən il daha 8 beynəlxalq ISO sertifikatı təqdim edilib.

Dövlət xidmətlərinin «ASAN xidmət indeksi» üzrə qiymətləndirilməsində isə Nazirlik 2024-cü ildə növbəti dəfə 1-ci yeri tutub.

Paylaş:

  • LinkedIn
  • Facebook
  • Whatsapp
  • Telegram

Əmək hüquqlarınızın müdafiəsi üçün yaradılmış (+994 10) 525 55 45 WhatsApp nömrəsinə yaza bilərsiniz.

Ünvan: Bakı şəhəri, Svetlana Məmmədova küç., 107

Telefon: 142 - Çağrı mərkəzi (012) 525 55 45

Elektron poçt: demx@sosial.gov.az

Bütün hüquqlar qorunur | © Dövlət Əmək Müfəttişliyi Xidməti