Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Sumqayıt şəhərində “Uşaqların əmək hüquqları. Məcburi əmək və insan alverinin qarşısının alınması” mövzusunda növbəti maarifləndirmə tədbiri keçirib.
Tədbirdə hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri, həmçinin Abşeron-Xızı regionunda yerləşən müəssisələrin işəgötürənləri olmaqla, 200 nəfərdən çox şəxs iştirak edib.
Ümummilli lider Heydər Əliyevin 100 İlliyi münasibəti ilə “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycanda əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti sisteminin qurulması” mövzusunda videoçarx nümayiş olunub.
Mövzu ilə bağlı təqdimatlarla çıxışlar edilib. Uşaq əməyinin istismarı, məcburi əmək və insan alverinə qarşı əmək qanunvericiliyinin tələbləri tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Sonda iştirakçıların həm mövzu, həm də ƏMAS-la (“Əmək və Məşğulluq” altsistemi) bağlı sualları cavablandırılıb.