Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev 44 günlük Vətən müharibəsində şəhid olmuş Nağıyev Əli Mehman oğlunun ailəsini ziyarət edib.
Laçın istiqamətində gedən ağır döyüşlərdə şəhidlik zirvəsinə ucalmış Ə.Nağıyev Prezident İlham Əliyevin Sərəncamları ilə “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
Şəhidimizin ailəsi sosial dəstək tədbirləri ilə əhatə olunub. Ailəyə birdəfəlik sığorta ödənişi edilib, maddi yardım göstərilib. Həmçinin ailə Prezidentin aylıq təqaüdü ilə təmin olunur.
Görüşdə Ə.Nağıyevin şərəfli döyüş yolundan bəhs olunub, onun və bütün şəhidlərimizin xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağı vurğulanıb.
Şəhidin ailəsinin yaşayışının bundan sonra da daim diqqətdə saxlanacağı bildirilib.