Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlər üçün "İş vaxtının növləri, iş vaxtının rejimi və iş vaxtından artıq vaxtda işin tənzimlənməsi qaydaları" mövzusunda növbəti maarifləndirici onlayn tədbir keçirib.
Görüşdə 50-ə yaxın müəssisədən nümayəndə iştirak edib.
Tədbirdə Xidmətin Salyan regional ərazi şöbəsinin əməkdaşları tərəfindən mövzu ilə bağlı çıxışlar edilib. Tədbir zamanı müəssisə və təşkilatlarda iş vaxtının növləri, iş vaxtının rejimi və iş vaxtından artıq vaxtda işin tənzimlənməsi qaydalarından bəhs edilib. İştirakçılar əmək qanunvericiliyin müvafiq bölməsinin tələbləri barədə ətraflı məlumatlandırılıb.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, müvafiq izahlar verilib.