

İşəgötürənlərlə onlayn görüşlər davam edir
06 may 2022-ci il tarixində saat 11:00-da Dövlət Əmək Müfəttişliyi Xidməti "Əmək haqqının ödənilməsinin formaları, qaydaları və əmək haqqından tutulmalar" mövzusunda növbəti onlayn maarifləndirmə tədbirini keçirəcək.
Tədbirin təlimçisi Xidmətin Bakı şəhər İdarəsinin əməkdaşıdır.
Onlayn tədbirlərdə iştirak etmək istəyən işəgötürənlər qeydiyyatdan keçmək üçün Dövlət Əmək Müfəttişliyi Xidmətinə elektron qaydada (demx-metbuat@sosial.gov.az) müraciət edə bilərlər. Müraciətdə müəssisənin adı, iştirak edəcək şəxsin ad, soyad, ata adı, əlaqə nömrəsi və e-mailinin qeyd olunmağı xahiş edilir.
QEYD: Onlayn görüşlərdə iştiraka dair link yalnız qeydiyyatdan keçmiş şəxslərə göndəriləcək.