İşəgötürənlərlə onlayn görüşlər davam edir
7 iyun 2022-ci il tarixində saat 11:00-da Dövlət Əmək Müfəttişliyi Xidməti “İnsan Hüquqları Aylığı” çərçivəsində "Qadınların və fiziki məhdudiyyətli şəxslərin əmək hüquqları" mövzusunda növbəti onlayn maarifləndirmə tədbirini keçirəcək.
Tədbirin təlimçisi Xidmətin Bakı şəhər İdarəsinin əməkdaşıdır.
Onlayn tədbirlərdə iştirak etmək istəyən işəgötürənlər qeydiyyatdan keçmək üçün Dövlət Əmək Müfəttişliyi Xidmətinə elektron qaydada (demx-metbuat@sosial.gov.az) müraciət edə bilərlər. Müraciətdə müəssisənin adı, iştirak edəcək şəxsin ad, soyad, ata adı, əlaqə nömrəsi və e-mailinin qeyd olunmağı xahiş edilir.
QEYD: Onlayn görüşlərdə iştiraka dair link yalnız qeydiyyatdan keçmiş şəxslərə göndəriləcək.