✕
(010) 525 55 45 | 142
AZ
  • AZ
  • EN
  • Nazirlik
    • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
    • Dövlət Əmək Müfəttişliyi Xidməti
    • DOST Agentliyi
    • Dövlət Məşğulluq Agentliyi
    • Sosial Xidmətlər Agentliyi
    • Dövlət Sosial Müdafiə Fondu
    • Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya
    • Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi
    • DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi
  • Müfəttişlik
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Əsasnamə
    • Strateji məqsədlər
    • İşə qəbul
    • Hesabatlar
  • Xidmətlər
    • Yeni və ya yenidən qurulmuş müəssisələrin, obyektlərin, istehsalat vasitələrinin əməyin mühafizəsi tələblərinə uyğunluğunu təyin edən sertifikat-pasportun verilməsi
    • İşəgötürənə və işçilərə əmək qanunvericiliyinin tətbiqi, o cümlədən elektron əmək müqaviləsinin bağlanılması, onda dəyişiklik edilməsi və ya xitam verilməsi ilə bağlı metodiki kömək göstərilməsi
    • Müəssisə və təşkilatlarda əməyin mühafizəsi xidmətlərinin yenidən təşkili və ya ləğv edilməsinə razılıq verilməsi
    • Əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbul edilməsi
    • İstehsalatda baş verən bədbəxt hadisələr barədə məlumatların qəbulu və bu hadisələrin təhqiqatının aparılması
    • Əmək münasibətləri sahəsi üzrə arayışların verilməsi
  • Qanunvericilik
    • Konstitusiya
    • Məcəllələr
    • Qanunlar
    • Fərmanlar
    • NK Qərar və Sərəncamları
    • Prezidentin Sərəncamları
  • Media
    • Press-reliz
    • Fotoqalereya
    • Videoqalereya
    • Çap məhsulları
    • “DOST Müfəttiş” layihəsi
  • Sual-cavab
  • Əlaqə
  • Ana səhifə
  • Media
  • Press-reliz
01.10.26

“142” Çağrı mərkəzinin əməkdaşları əmək qanunvericiliyinin aktual mövzularına dair məlumatlandırılıb

×

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Nazirliyin “142” Çağrı mərkəzinin əməkdaşları üçün əmək qanunvericiliyinə dair təlim keçirilib.

 

Təlim “142” Çağrı mərkəzinə daxil olan müraciətlərin əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq daha operativ və düzgün cavablandırılması, eləcə də əmək hüquqları və qanunvericiliyin müxtəlif istiqamətləri üzrə əməkdaşların məlumatlılığının artırılması məqsədi daşıyıb.

 

“142” Çağrı mərkəzinin 25 əməkdaşının iştirak etdiyi  təlimdə uşaq əməyinin istismarının qarşısının alınması və uşaqların əmək hüquqlarının qorunması, gender bərabərliyinin təmin edilməsi və qadınların əmək hüquqları, qeyri-formal məşğulluğun qarşısının alınması, həmçinin əcnəbi işçilərin məcburi əməyə cəlb olunması risklərinin qarşısının alınması ilə bağlı məsələlərə xüsusi diqqət yetirilib.

 

İştirakçılara qeyd olunan istiqamətlər üzrə əmək qanunvericiliyinin əsas tələbləri, işçi və işəgötürənlərin hüquq və vəzifələri, əmək hüquqlarının təmin olunması, habelə əmək hüquqlarının pozulmasının qarşısının alınması və bu hallarla bağlı müraciətlərin düzgün istiqamətləndirilməsi barədə məlumatlar təqdim olunub.

 

Təlim zamanı əmək qanunvericiliyinin tətbiqi ilə bağlı praktiki nümunələrə də nəzər salınıb və iştirakçıların sualları cavablandırılıb.

 

Sonda mövzular ətrafında fikir mübadiləsi aparılıb.

 

Paylaş:

  • LinkedIn
  • Facebook
  • Whatsapp
  • Telegram

Əmək hüquqlarınızın müdafiəsi üçün yaradılmış (+994 10) 525 55 45 WhatsApp nömrəsinə yaza bilərsiniz.

Ünvan: Bakı şəhəri, Svetlana Məmmədova küç., 107

Telefon: 142 - Çağrı mərkəzi (010) 525 55 45

Elektron poçt: demx@sosial.gov.az

Bütün hüquqlar qorunur | © Dövlət Əmək Müfəttişliyi Xidməti