Paytaxt məktəblərində əməyin mühafizəsinə dair maarifləndirmə tədbirləri davam etdirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində Əməyin Mühafizəsi Mərkəzi tərəfindən təşkil olunan növbəti tədbir Bakı şəhərində yerləşən “Ankara məktəbi” məktəb-liseyində keçirilib.
Tədbirdə 100 şagird iştirak edib. İştirakçılara əməyin mühafizəsinin əhəmiyyəti, təhlükəsizlik və yanğından mühafizə qaydaları, eləcə də əmək fəaliyyəti zamanı hüquq və vəzifələr barədə ətraflı məlumat verilib, “Vision Zero” yanaşmasının əsas prinsipləri izah olunub.
Tədbirin sonunda mövzu ətrafında fikir mübadiləsi aparılıb və iştirakçıların sualları cavablandırılıb.