Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Bakı Gəmiqayırma Zavodunun əməkdaşları üçün əməyin mühafizəsinə dair təlim təşkil olunub.
“Əməyin mühafizəsi sahəsində qanunvericilik və normativ tələblər” və “Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları” mövzularını əhatə edən təlimdə zavodun 7 SƏTƏM əməkdaşı iştirak edib.
Təlim zamanı iştirakçılara əməyin mühafizəsinin əhəmiyyəti, iş yerlərində təhlükəsizlik tələbləri, istehsalat risklərinin idarə olunması, işçilərin hüquq və vəzifələri, həmçinin əmək təhlükəsizliyi sahəsində tətbiq olunan standartlar barədə ətraflı məlumat verilib.
Daha sonra tədbir müzakirə formatında davam etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən keçirilən maarifləndirici tədbirlər iş yerlərində əməyin mühafizəsi sahəsində məlumatlılığın artırılmasına, profilaktik tədbirlərin gücləndirilməsinə, əmək təhlükəsizliyi mədəniyyətinin formalaşdırılmasına və istehsalatda baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınmasına xidmət edir.