✕
(010) 525 55 45 | 142
AZ
  • AZ
  • EN
  • Nazirlik
    • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
    • Dövlət Əmək Müfəttişliyi Xidməti
    • DOST Agentliyi
    • Dövlət Məşğulluq Agentliyi
    • Sosial Xidmətlər Agentliyi
    • Dövlət Sosial Müdafiə Fondu
    • Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya
    • Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi
    • DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi
  • Müfəttişlik
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Əsasnamə
    • Strateji məqsədlər
    • İşə qəbul
    • Hesabatlar
  • Xidmətlər
    • Yeni və ya yenidən qurulmuş müəssisələrin, obyektlərin, istehsalat vasitələrinin əməyin mühafizəsi tələblərinə uyğunluğunu təyin edən sertifikat-pasportun verilməsi
    • İşəgötürənə və işçilərə əmək qanunvericiliyinin tətbiqi, o cümlədən elektron əmək müqaviləsinin bağlanılması, onda dəyişiklik edilməsi və ya xitam verilməsi ilə bağlı metodiki kömək göstərilməsi
    • İş yerlərində əməyin mühafizəsi xidmətlərinin yenidən təşkilinə və ya ləğv edilməsinə razılıq verilməsi
    • Əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbul edilməsi
    • İstehsalatda baş verən bədbəxt hadisələr barədə məlumatların qəbulu
    • Əmək münasibətləri sahəsi üzrə arayışların verilməsi
    • İş yerlərinin attestasiyasının keçirilməsinə hazırlıq üzrə məsləhət və metodiki dəstək xidmətlərinin göstərilməsi
    • Əməyin mühafizəsi sahəsində təlimlərin keçirilməsi
    • Əmək qanunvericiliyinə əməl olunması üzrə təchizatçının uyğunluq göstəricisinə dair dövlət nəzarəti orqanı tərəfindən arayışın verilməsi
  • Qanunvericilik
    • Konstitusiya
    • Məcəllələr
    • Qanunlar
    • Fərmanlar
    • NK Qərar və Sərəncamları
    • Prezidentin Sərəncamları
  • Media
    • Press-reliz
    • Fotoqalereya
    • Videoqalereya
    • Çap məhsulları
    • “DOST Müfəttiş” layihəsi
  • Sual-cavab
  • Əlaqə
  • Ana səhifə
  • Media
  • Press-reliz
17.06.26

“Bakı Metropoliteni” QSC-nin əməkdaşları üçün əməyin mühafizəsi üzrə təlim keçirilib

×

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən “Bakı Metropoliteni” QSC-də əməyin mühafizəsinə dair təlim təşkil olunub. Təlimin keçirilməsində məqsəd istehsalatda bədbəxt hadisələrin qarşısının alınması, peşə risklərinin qiymətləndirilməsi və iş yerlərində təhlükəsiz davranış qaydalarına əməl olunmasının təşviq edilməsi olub. 

Tədbirdə “Bakı Metropoliteni” QSC-nin müxtəlif struktur bölmələrindən 35 əməkdaş iştirak edib. Təlim zamanı iş yerlərində mövcud risklərin müəyyənləşdirilməsi, təhlükəli və zərərli istehsalat amillərinin təsirinin azaldılması, fərdi mühafizə vasitələrindən düzgün istifadə, iş vaxtı rejiminə əməl olunması və təhlükəsiz əmək şəraitinin təmin edilməsi ilə bağlı ətraflı məlumat verilib.

Bununla yanaşı, təlim çərçivəsində “Vision Zero” konsepsiyasının təhlükəsizlik, sağlamlıq və rifah prinsipləri barədə məlumat təqdim olunub, iş yerlərində risklərin qarşısının alınmasının və sağlam əmək mühitinin formalaşdırılmasının əhəmiyyəti iştirakçıların diqqətinə çatdırılıb. Həmçinin əməyin mühafizəsi sahəsində qabaqlayıcı tədbirlərin gücləndirilməsi ilə bağlı praktiki tövsiyələr verilib.

Qeyd edək ki, Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən keçirilən bu cür maarifləndirici tədbirlər iş yerlərində əmək təhlükəsizliyi mədəniyyətinin formalaşdırılmasına, profilaktik yanaşmanın gücləndirilməsinə və istehsalatda bədbəxt hadisələrin minimuma endirilməsinə xidmət edir.

Paylaş:

  • LinkedIn
  • Facebook
  • Whatsapp
  • Telegram

Əmək hüquqlarınızın müdafiəsi üçün yaradılmış (+994 10) 525 55 45 WhatsApp nömrəsinə yaza bilərsiniz.

Ünvan: Bakı şəhəri, Svetlana Məmmədova küç., 107

Telefon: 142 - Çağrı mərkəzi (010) 525 55 45

Elektron poçt: demx@sosial.gov.az

Bütün hüquqlar qorunur | © Dövlət Əmək Müfəttişliyi Xidməti