Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində Əməyin Mühafizəsi Mərkəzinin təşkilatçılığı ilə növbəti maarifləndirmə tədbiri Bakı şəhəri 145 nömrəli tam orta məktəbdə keçirilib.
Tədbirdə 30 şagird iştirak edib. İştirakçılara əməyin mühafizəsinin əhəmiyyəti, təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydaları, eləcə də əmək fəaliyyəti zamanı hüquq və vəzifələr barədə ətraflı məlumat verilib. Həmçinin yeni qəbul olunmuş standartlar və “Vision Zero” (“Sıfır Gözlənti”) yanaşmasına əsaslanan təhlükəsiz əmək mədəniyyətinin təşviqi məsələləri iştirakçıların diqqətinə çatdırılıb.
Tədbirin sonunda mövzu ilə bağlı fikir mübadiləsi aparılıb və iştirakçıların sualları cavablandırılıb.