✕
(010) 525 55 45 | 142
AZ
  • AZ
  • EN
  • Nazirlik
    • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
    • Dövlət Əmək Müfəttişliyi Xidməti
    • DOST Agentliyi
    • Dövlət Məşğulluq Agentliyi
    • Sosial Xidmətlər Agentliyi
    • Dövlət Sosial Müdafiə Fondu
    • Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya
    • Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi
    • DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi
  • Müfəttişlik
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Əsasnamə
    • Strateji məqsədlər
    • İşə qəbul
    • Hesabatlar
  • Xidmətlər
    • Yeni və ya yenidən qurulmuş müəssisələrin, obyektlərin, istehsalat vasitələrinin əməyin mühafizəsi tələblərinə uyğunluğunu təyin edən sertifikat-pasportun verilməsi
    • İşəgötürənlərə və işçilərə əmək qanunvericiliyinin tətbiqi barədə metodiki kömək göstərilməsi
    • Müəssisə və təşkilatlarda əməyin mühafizəsi xidmətlərinin yenidən təşkili və ya ləğv edilməsinə razılıq verilməsi
    • Əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbul edilməsi
    • İstehsalatda baş verən bədbəxt hadisələr barədə məlumatların qəbulu və bu hadisələrin təhqiqatının aparılması
    • Əmək münasibətləri sahəsi üzrə arayışların verilməsi
  • Qanunvericilik
    • Konstitusiya
    • Məcəllələr
    • Qanunlar
    • Fərmanlar
    • Qərarlar
    • Sərəncamlar
    • Qaydalar
  • Media
    • Press-reliz
    • Elanlar
    • Fotoqalereya
    • Videoqalereya
    • Çap məhsulları
    • “DOST Müfəttiş” layihəsi
  • Sual-cavab
  • Əlaqə
  • Bloq
    • İşçilər üçün
    • İşəgötürənlər üçün
  • Ana səhifə
  • Media
  • Press-reliz
27.04.26

Bakıda “5-ci İllik Əməyin Təhlükəsizliyi və Sağlamlığı Konfransı” keçirilib

×

28 Aprel – Ümumdünya Əməyin Təhlükəsizliyi və Sağlamlığı Gününə həsr olunmuş “5-ci İllik Əməyin Təhlükəsizliyi və Sağlamlığı Konfransı” Bakıda keçirilib.

İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzi və “Risk Menecment Peşəkarları” İctimai Birliyinin əməkdaşlığı ilə təşkil olunan konfransın məqsədi əməyin təhlükəsizliyi və sağlamlığı sahəsində maarifləndirmənin gücləndirilməsi, qabaqcıl təcrübələrin paylaşılması, müasir yanaşmaların təşviqi, bu istiqamətdə yerli və beynəlxalq əməkdaşlığın genişləndirilməsidir.

Tədbirdə çıxış edən İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin baş direktoru Azər Bayramov əməyin təhlükəsizliyi və sağlamlığının müasir əmək münasibətlərinin əsas sütunlarından biri olduğunu vurğulayıb. O qeyd edib ki, bu sahə yalnız iş yerlərində risklərin azaldılması ilə məhdudlaşmır, eyni zamanda insan həyatının və sağlamlığının qorunmasına, əmək məhsuldarlığının artırılmasına, dayanıqlı iş mühitinin formalaşdırılmasına və sosial-iqtisadi inkişafın möhkəmləndirilməsinə xidmət edir.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev çıxışı zamanı əməyin mühafizəsi sahəsində son illər həyata keçirilən sistemli tədbirlər, o cümlədən elektron reyestrlərin yaradılması, audit mexanizmlərinin tətbiqi, genişmiqyaslı təlim və maarifləndirmə proqramlarının icrası barədə məlumat verib. O bildirib ki, bu istiqamətdə normativ-hüquqi bazanın təkmilləşdirilməsi və işəgötürənlərə metodiki dəstəyin gücləndirilməsi təhlükəsiz və sağlam əmək mühitinin formalaşdırılmasına xidmət edir. V.Quliyev vurğulayıb ki, həyata keçirilən layihələr və qanunvericilik dəyişiklikləri çərçivəsində preventiv və proaktiv yanaşma gücləndirilir.

Daha sonra çıxış edən Beynəlxalq Əmək Təşkilatının Azərbaycan üzrə əlaqələndiricisi Yaşar Həmzəyev və millət vəkili Pərvanə Vəliyeva konfransın əməyin təhlükəsizliyi və sağlamlığı sahəsində maarifləndirmənin gücləndirilməsi, qabaqlayıcı yanaşmaların təşviqi, eləcə də yerli və beynəlxalq əməkdaşlığın inkişafı baxımından əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, tədbirin geniş beynəlxalq iştirakçılıq səviyyəsi onun peşəkar və institusional əhəmiyyətini daha da artırır.

Tədbir çərçivəsində panel müzakirələri keçirilib. Müzakirələr zamanı əməyin mühafizəsi mədəniyyətinin inkişafı, SƏTƏM sahəsində mövcud çağırışlar, risklərin effektiv idarə olunması, keyfiyyət standartlarının tətbiqi, qabaqlayıcı yanaşmaların gücləndirilməsi və iş yerlərində təhlükəsizliyin təmininə dair praktik həllər ətrafında fikir mübadiləsi aparılıb.

Sonda interaktiv qrup fəaliyyəti və bilik müsabiqəsi təşkil olunub. Bu format iştirakçılara praktiki situasiyaları qiymətləndirmək, fikir mübadiləsi aparmaq və peşəkar yanaşmalarını nümayiş etdirmək imkanı yaradıb. Müsabiqədə yüksək nəticə göstərən iştirakçılar mükafat və sertifikatlarla təltif olunublar.

Paylaş:

  • LinkedIn
  • Facebook
  • Whatsapp
  • Telegram

Əmək hüquqlarınızın müdafiəsi üçün yaradılmış (+994 10) 525 55 45 WhatsApp nömrəsinə yaza bilərsiniz.

Ünvan: Bakı şəhəri, Svetlana Məmmədova küç., 107

Telefon: 142 - Çağrı mərkəzi (010) 525 55 45

Elektron poçt: demx@sosial.gov.az

Bütün hüquqlar qorunur | © Dövlət Əmək Müfəttişliyi Xidməti