✕
(010) 525 55 45 | 142
AZ
  • AZ
  • EN
  • Nazirlik
    • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
    • Dövlət Əmək Müfəttişliyi Xidməti
    • DOST Agentliyi
    • Dövlət Məşğulluq Agentliyi
    • Sosial Xidmətlər Agentliyi
    • Dövlət Sosial Müdafiə Fondu
    • Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya
    • Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi
    • DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi
  • Müfəttişlik
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Əsasnamə
    • Strateji məqsədlər
    • İşə qəbul
    • Hesabatlar
  • Xidmətlər
    • Yeni və ya yenidən qurulmuş müəssisələrin, obyektlərin, istehsalat vasitələrinin əməyin mühafizəsi tələblərinə uyğunluğunu təyin edən sertifikat-pasportun verilməsi
    • İşəgötürənə və işçilərə əmək qanunvericiliyinin tətbiqi, o cümlədən elektron əmək müqaviləsinin bağlanılması, onda dəyişiklik edilməsi və ya xitam verilməsi ilə bağlı metodiki kömək göstərilməsi
    • İş yerlərində əməyin mühafizəsi xidmətlərinin yenidən təşkilinə və ya ləğv edilməsinə razılıq verilməsi
    • Əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbul edilməsi
    • İstehsalatda baş verən bədbəxt hadisələr barədə məlumatların qəbulu
    • Əmək münasibətləri sahəsi üzrə arayışların verilməsi
    • İş yerlərinin attestasiyasının keçirilməsinə hazırlıq üzrə məsləhət və metodiki dəstək xidmətlərinin göstərilməsi
    • Əməyin mühafizəsi sahəsində təlimlərin keçirilməsi
    • Əmək qanunvericiliyinə əməl olunması üzrə təchizatçının uyğunluq göstəricisinə dair dövlət nəzarəti orqanı tərəfindən arayışın verilməsi
  • Qanunvericilik
    • Konstitusiya
    • Məcəllələr
    • Qanunlar
    • Fərmanlar
    • NK Qərar və Sərəncamları
    • Prezidentin Sərəncamları
  • Media
    • Press-reliz
    • Fotoqalereya
    • Videoqalereya
    • Çap məhsulları
    • “DOST Müfəttiş” layihəsi
  • Sual-cavab
  • Əlaqə
  • Ana səhifə
  • Media
  • Press-reliz
21.10.26

Bakıda işəgötürənlərə qeyri-formal məşğulluq və əməyin mühafizəsi mövzusunda maarifləndirmə keçirilib

×

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Bakı şəhəri üzrə işəgötürənlər üçün “Qeyri-formal məşğulluğun qarşısının alınması” və “İş yerlərində əməyin mühafizəsi” mövzularında maarifləndirmə tədbiri təşkil olunub.

Tədbirdə dövlət və özəl sektoru təmsil edən müəssisə və təşkilatların 125 nümayəndəsi iştirak edib.

Çıxışlarda Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən mütəmadi keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyəti vurğulanıb, əmək qanunvericiliyinin tələblərinə əməl olunmasının vacibliyi diqqətə çatdırılıb.

Qeyri-formal məşğulluğun qarşısının alınması mövzusu üzrə əmək münasibətlərinin rəsmiləşdirilməsinin vacibliyi barədə məlumat verilib. Əmək müqaviləsi bağlanmadan işçilərin işə cəlb edilməsinin doğurduğu nəticələrə toxunulub. Bildirilib ki, bu halda işçilər sosial sığorta, əmək stajının uçotu, məzuniyyət və qanunvericilikdə nəzərdə tutulan digər təminatlardan məhrum olurlar. İşəgötürənlər isə müvafiq hüquqi məsuliyyətlə üzləşirlər. Əmək müqaviləsi bildirişlərinin “Əmək müqaviləsi” elektron informasiya sisteminə vaxtında daxil edilməsinin əhəmiyyəti də izah edilib. Həmçinin qeyri-formal məşğulluğa görə qanunvericilikdə nəzərdə tutulan məsuliyyət barədə məlumat verilib.

Əməyin mühafizəsi mövzusu üzrə bu sahədə qanunvericiliyin tələbləri və işəgötürənlərin təhlükəsiz əmək şəraitinin yaradılması ilə bağlı öhdəlikləri diqqətə çatdırılıb. İştirakçılara Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyəti, əməyin mühafizəsi normaları, qaydaları və prinsipləri barədə məlumat verilib. Bundan əlavə, iş yerlərinin attestasiyasının keçirilməsi qaydaları və onun iş şəraitinin qiymətləndirilməsində rolu izah olunub. Yeni qəbul edilmiş dövlət standartları və onların iş yerlərində tətbiqi barədə də ətraflı məlumat verilib.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövzulara dair fikir mübadiləsi aparılıb.

Paylaş:

  • LinkedIn
  • Facebook
  • Whatsapp
  • Telegram

Əmək hüquqlarınızın müdafiəsi üçün yaradılmış (+994 10) 525 55 45 WhatsApp nömrəsinə yaza bilərsiniz.

Ünvan: Bakı şəhəri, Svetlana Məmmədova küç., 107

Telefon: 142 - Çağrı mərkəzi (010) 525 55 45

Elektron poçt: demx@sosial.gov.az

Bütün hüquqlar qorunur | © Dövlət Əmək Müfəttişliyi Xidməti