✕
(010) 525 55 45 | 142
AZ
  • AZ
  • EN
  • Nazirlik
    • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
    • Dövlət Əmək Müfəttişliyi Xidməti
    • DOST Agentliyi
    • Dövlət Məşğulluq Agentliyi
    • Sosial Xidmətlər Agentliyi
    • Dövlət Sosial Müdafiə Fondu
    • Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya
    • Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi
    • DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi
  • Müfəttişlik
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Əsasnamə
    • Strateji məqsədlər
    • İşə qəbul
    • Hesabatlar
  • Xidmətlər
    • Yeni və ya yenidən qurulmuş müəssisələrin, obyektlərin, istehsalat vasitələrinin əməyin mühafizəsi tələblərinə uyğunluğunu təyin edən sertifikat-pasportun verilməsi
    • İşəgötürənə və işçilərə əmək qanunvericiliyinin tətbiqi, o cümlədən elektron əmək müqaviləsinin bağlanılması, onda dəyişiklik edilməsi və ya xitam verilməsi ilə bağlı metodiki kömək göstərilməsi
    • İş yerlərində əməyin mühafizəsi xidmətlərinin yenidən təşkilinə və ya ləğv edilməsinə razılıq verilməsi
    • Əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbul edilməsi
    • İstehsalatda baş verən bədbəxt hadisələr barədə məlumatların qəbulu
    • Əmək münasibətləri sahəsi üzrə arayışların verilməsi
    • İş yerlərinin attestasiyasının keçirilməsinə hazırlıq üzrə məsləhət və metodiki dəstək xidmətlərinin göstərilməsi
    • Əməyin mühafizəsi sahəsində təlimlərin keçirilməsi
    • Əmək qanunvericiliyinə əməl olunması üzrə təchizatçının uyğunluq göstəricisinə dair dövlət nəzarəti orqanı tərəfindən arayışın verilməsi
  • Qanunvericilik
    • Konstitusiya
    • Məcəllələr
    • Qanunlar
    • Fərmanlar
    • NK Qərar və Sərəncamları
    • Prezidentin Sərəncamları
  • Media
    • Press-reliz
    • Fotoqalereya
    • Videoqalereya
    • Çap məhsulları
    • “DOST Müfəttiş” layihəsi
  • Sual-cavab
  • Əlaqə
  • Ana səhifə
  • Media
  • Press-reliz
09.10.26

Bərdədə ƏMAS-ın imkanları və əməyin mühafizəsi mövzusunda maarifləndirmə tədbiri keçirilib

×

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bərdə şəhərində maarifləndirmə tədbiri təşkil edib.

 

“Əmək və Məşğulluq” altsisteminin (ƏMAS) imkanları və yenilikləri” və “İş yerlərində əməyin mühafizəsi” mövzularına həsr olunmuş tədbirdə Qarabağ regionunda fəaliyyət göstərən dövlət və özəl sektoru təmsil edən 35 işəgötürənin 60-a yaxın nümayəndəsi iştirak edib.

 

Çıxışlarda ƏMAS-ın imkanları və yeniliklərindən, tətbiq olunan yeni funksionallıqlardan bəhs edilib. İşəgötürənlər tərəfindən məlumatların daxil edilməsi zamanı yol verilən texniki xətaların aradan qaldırılması və bu istiqamətdə göstərilən dəstək geniş müzakirə olunub. Vakant və yeni yaradılmış iş yerləri barədə məlumatların vakansiya bankına daxil edilərkən nəzərə alınmalı məqamlar diqqətə çatdırılıb, vakansiya bankının işəgötürənlər üçün yaratdığı imkan və üstünlüklər izah olunub.

 

Tədbirdə iş yerlərində əməyin mühafizəsinin təşkili məsələlərinə də toxunulub. Əməyin mühafizəsi sahəsində dövlət standartlarının tətbiqinin təhlükəsizlik səviyyəsinin yüksəldilməsindəki rolu, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasının əhəmiyyəti, eləcə də “Vision Zero” konsepsiyasının əsas prinsipləri çatdırılıb.

 

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.

Paylaş:

  • LinkedIn
  • Facebook
  • Whatsapp
  • Telegram

Əmək hüquqlarınızın müdafiəsi üçün yaradılmış (+994 10) 525 55 45 WhatsApp nömrəsinə yaza bilərsiniz.

Ünvan: Bakı şəhəri, Svetlana Məmmədova küç., 107

Telefon: 142 - Çağrı mərkəzi (010) 525 55 45

Elektron poçt: demx@sosial.gov.az

Bütün hüquqlar qorunur | © Dövlət Əmək Müfəttişliyi Xidməti